Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası keçirilmişdir
28 sentyabr 2018-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası keçirilmişdir.
RİH-in nəzdində Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin sədri, RİHB-nin 1-ci müavini Rəşad Hacıyevin sədrliyi ilə keçirilən iclasda Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının Katibliyinin rəhbəri Elnur Süleymanov, eyni zamanda katibliyin məsul əməkdaşları (Əmək Bazarının Tənzimlənməsi və Formal Məşğulluğun Təşviqi sektorunun müdiri Nərmin Zeynalova və sektorun baş məsləhətçisi Nərgiz Süleymanlı), əlaqələndirmə komitəsinin üzvləri, idarə və müəssisələrin kadrlar üzrə mütəxəssisləri iştirak etmişlər.
İclasda rayonda qeyri-rəsmi məşğulluğun qarşısının alınması, rəsmiləşdirilməyən əmək münasibətlərləri və bu işdə mövcud olan problemlərin aradan qaldırılması, Suraxanı Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin işinin səmərəli təşkil edilməsi, aidiyyəti dövlət qurumları ilə əlaqələndirilməsi və digər məsələlər haqqında müzakirələr aparılmışdır.
İclas iştirakçılarının nəzərinə çatdırılmışdır ki, RİH-in nəzdində Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin iclasının əsas məqsədi rayon ərazisində işsizliyin qarşısının alınması, əmək bazarında gərginliyin aradan qaldırılması, bazar iqtisadiyyatı şəraitində dövlət və qeyri-dövlət müəssisələrində işaxtaran və işsiz vətəndaşların ilk növbədə məşğulluq problemlərinin səmərəli həll edilməsidir.