Şriftin ölçüsü :

Saytın rəngi :

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Suraxanı rayon İcra Hakimiyyəti birgə tədbir keçirmişdir

12 sentyabr 2018 | 16:00

12 sentyabr 2018-ci tarixdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə DQİDK-nın, RİH-in rəhbər şəxsləri, RİHB-nin qəsəbə İnzibati ərazi dairələri üzrə  nümayəndələri, bələdiyyə sədrləri, təhsil müəssisələrinin rəhbərləri,  din xadimləri  (dini icma sədrləri və üzvlərinin bir hissəsi, məscidlərin imamları, mütəvəllilər və fəal dindarlar), rayon Ağsaqallar Şurasının və İctimai təşkilatların nümayəndələri, rayonun ziyalıları iştirak etmişlər.ƏRBAYCANDA
Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov mövzunun əhəmiyyətini yüksək qiymətləndirərək vurğuladı ki, tədbirin məqsədi rayonda mövcud dini durum və onun daha da yaxşılaşdırılması, bu sahədə qanunvericiliyin tələbləri, birgə fəaliyyətimizin istiqamətləri və koordinasiyası, İslam dəyərlərinin öyrənilməsinin və düzgün təbliğ olunmasının, bu sahədə maarifləndirmə işinin təşkilinin daha da gücləndirilməsinin zəruriliyi, dünyada movcud olan və cəmiyətlərin bəlasına çevrilən dini ekstremizm meyillərinin ölkəmizə mənfi təsiri, törətdiyi və gələcəkdə doğura biləcək fəsadların qarşısının alınması yolları və digər qeyri-ənənəvi radikal dini cərəyanlar barədə məlumatlandırmaq və qarşıda duran vəzifələri müəyyən etməkdir. Rayon İcra Hakimiyyətinin başçısı rayonda bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticələri barədə ətraflı məlumat verdi.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bildirdi ki, İslam dini cəmiyyətin inkişafında mütərəqqi rol oynayır, eləcə də dinimiz bizim mənəvi tərbiyəmizə və ruhumuza təsir edir. Ulu Öndər Heydər Əliyevin “Dinimiz milli-mənəvi sərvətimizdir” fikrini xatırladan Komitə sədri vurğulayıb ki, xalqımız hər zaman öz milli-mənəvi, o cümlədən dini dəyərlərinə sadiqlik nümayiş etdirir. İslam dininin elmin, mədəniyyətin inkişafına mühüm töhfələr verdiyini bildirən Mübariz Qurbanlı dinimizin xurafata, dini radikalizmə qarşı olduğunu diqqətə çatdırıb.
Qafqaz Müsəlmanları İdarəsinin qazısı, Nardaran qəsəbəsi “Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri Musa Qasımov və digərləri çıxışlarında qeyd ediblər ki, Məhərrəm ayı ilə əlaqədar bütün ölkə üzrə olduğu kimi, Suraxanı rayonunda da Aşura mərasimləri qanunvericilik çərçivəsində və nümunəvi şəkildə təşkil ediləcək. 
Daha sonra Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov  seminar-müşavirəni yekunlaşdıraraq qeyd etdi ki, bu gün din xadimlərimiz mərasimlərdə insanları maarifləndirməli, islami dəyərləri düzgün təbliğ etməlidirlər. Ölkəmizdə keçirilən dini mərasimlər tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi və milli-mənəvi dəyərlərimizi əks etdirməlidir.
Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi, dinimiz mill-mənəvi sərvətimizdir. Biz bu sərvəti qoruyub gələcək nəsillərə sağlam çatdırmaq üçün əlimizdən gələni etməliyik.
Dini dəyərlərin yüksək qiymətləndirilərək inkişaf etdirilməsi Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Ulu Öndərin siyasi kursuna uyğun, dünya təcrübəsi nəzərə alınmaqla davam etdirilir. Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  göstərdiyi əvəzsiz xidmətləri rayon rəhbəri xüsusi vurğuladı.
Tədbir bu sözlərlə yekunlaşdı: Ölkəmizin hər yerində olduğu kimi, Suraxanı rayonunda da milli özünəməxsuzluğun və tolerantlığın qorunması, multikultural dəyərlərin daha da zənginləşdirilərək inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətimiz bundan sonra da davam edəcəkdir.

 

 

Keçidlər