Rayonun Qaraçuxur qəsəbəsində növbəti səyyar görüş keçirilmişdir
23 iyun 2018 | 16:00
23 iyun 2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində 4 və 5 nömrəli binaların qarşısında sakinlərlə növbəti səyyar görüşü olmuşdur. Görüşdə Qaraçuxur qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
Səyyar görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.