Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi 84 nömrəli məktəbdə qeyd edilmişdir

29 may 2018 | 16:00

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə rayonun təhsil, səhiyyə, sənaye, mədəniyyət müəssisələrində tədbirlər davam edir.
Növbəti tədbir rayonun 84 nömrəli tam orta məktəbində keçirilmişdir. "Bir kərə yüksələn bayraq bir daha enməz" mövzusunda keçirilən tədbirin iştirakçıları əvvəlcə məktəbin foyesində məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış oldular. Daha sonra məktəbin həyətində davam edən tədbirin əvvəlində dövlət himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəfəq İbişova qonaqları salamlayaraq bildirdi ki,  ölkəmiz şərqin ilk demokratik respublikası olmuşdur.Təkcə bu faktı dilə gətirmək özü bizi nə qədər qürurlandırır. Azərbaycan xalq cümhuriyyəti xalqın cümhuriyyəti idi. Öz xalqının milli şüurunu bərpa edən, ana dilini dövlət dili elan edən, mənəvi dəyərlərini qorumağı vacib bilən, inkişafa, tərəqqiyə aparan çətin yolu seçən, milli bayraq, milli himn, milli gerb kimi vacib dövlət atributlarını yaradan, vətəndaşların hüquqlarını qoruyan, onun problemlərini həll etməyi hədəf götürən ilk parlamentli respublika quran, milli ordumuzu ərsəyə gətirən, ali təhsil ocağı təsis edən məhz Azərbaycan Xalq Cümhuriyyəti idi.
Tədbirdə YAP Suraxanı Rayon Təşkilatının aparat rəhbəri Fərman Rəsulov, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsləhətçisi Lamiyə Namazova, 232 nömrəli tam orta məktəbin direktoru Məhluqə Əzizova çıxış etdilər. Çıxışlarda qeyd olundu ki, 23 ay bir millətin nələrisə əldə etməsi baxımından çox qıssa bir zaman kəsiyidir. Dövlətlər var ki, onilliklərlə, hətta yüzilliklərlə mövcuddurlar, lakin öz xalqlarının taleyində ciddi dönüş etməyin proqramını belə tutmurlar. Lakin Azərbaycan Xalq Cümhuriyyəti 100 il bundan öncə yarandığı 28 may günündən etibarən xalqın milli şüurunda dönüş yaratmağı bacardı.
Sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi, üçrəngli bayrağımızı tərənnüm edən flaşmob göstərildi.

Keçidlər