Suraxanıda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilmişdir
30 may 2018-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi ilə razılaşdırılmış və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş “Suraxanı Rayon İcra Hakimiyyətinin 2018-ci il üçün mülki müdafiə üzrə tədbirləri planı”na müvafiq olaraq “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilmişdir.
Tədbirdə Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları Komandanlığının Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Mirzə Əsgərov, Bakı Regional Mərkəzinin, Suraxanı rayon fövqəladə hallar və mülki müdafiə şöbəsinin və Suraxanı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin nümayəndələri, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, qəsəbələrin Bələdiyyə sədrləri, iri sənaye müəssisələrinin, ərazi Mülki Müdafiə qüvvələrinin, rayon xidmət sahələrinin, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, 1 və 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliklərinin, Mənzil Kommunal İstismar Sahələrinin, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, təcili yardım stansiyalarının, 24 saylı xəstəxananın rəhbərləri, RİHBA-nın məsul əməkdaşları iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Rəşad Hacıyev Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə Rayon İcra Hakimiyyətində fövqəladə hallar komissiyasının, Mülki müdafiə qərargahı və mülki müdafiə qüvvələrinin yaradıldığını, rayon mülki müdafiə rəhbərinin, mülki müdafiə qərargah rəisinin və fövqəladə hallar komissiyasının funksional vəzifələrinin, rabitə və xəbərdarlıq, xilasetmə, yanğınsöndürmə manqaları və sanitar postu komandirlərinin vəzifə borcları haqqında sənədlərin hazırlandığını, bugünkü məşqin keçirilməsi üçün RİHB-nin əmrinin imzalandığını, məşqin keçirilməsinin tədbirlər planının təsdiq edildiyini və məşqin sxeminin işlənildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı, məşqin keçirilməsində məqsədin fövqəladə hadisələr zamanı rəhbər heyətin funksional vəzifələrinin öyrənilməsi, ММ planının dəqiqləşdirilməsi, işçilərin təhlükəsizliyini təmin edən tədbirlərin həyata keçirilməsi üzrə rəhbər heyətin hazırlıq səviyyəsinin yüksədilməsi, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkilində rəhbər heyətin vərdişlərinin artırılması olduğunu bildirdi.
Suraxanı rayonu ərazisində subasma, sürüşmə, yanğın və kimyəvi zəhərlənmə kimi fövqəladə halların baş verməsi zamanı birinci növbədə həmin zonalarda yaşayan əhalinin köcürülməsinin planlaşdırıldığını, əhalinin təxliyəsini yerinə yetirmək məqsədi ilə rayon ərazisində yerləşən idarə və müəssisələrdə yaradılmış ərazi mülkü müdafıə qüvvələrinin cəlb ediləcəyini, rayon ərazisində fövqəladə hallar zamanı işcilərin və əhalinin kollektiv mühafizə qurğularında yerləşdirilməsi məqsədi ilə 20 ədəd sığınacağın və 24 ədəd radiyasiya əleyhinə daldalanacağın mövcud olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Həmin qurğulara bir daha baxış keçirilməsi və onların texniki vəziyyəti haqqında məlumat hazırlanması haqqında RİHBA-nın qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələrinə tapşırıq verildi.
Rayon ərazisində baş verə biləcək fövqəladə hadisələrin nəticələrini aradan qaldırmaq məqsədi ilə Suraxanı Rayon İcra Hakimiyyəti başcısının sərəncamına müvafıq olaraq 394 nəfərdən ibarət ərazi mülki müdafiə qüvvələri və obyekt rəhbərlərinin əmrinə müvafıq olaraq 1211 nəfərdən ibarət obyekt mülki müdafiə qüvvələri yaradılmışdır.
Tədbirdə mülki müdafiənin təşkili haqqında Mülki Müdafiə Qoşunları Komandanlığı tərəfindən hazırlanmış film nümayiş etdirildi.
Tədbirdə Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları Komandanlığının Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Mirzə Əsgərov, FHN-in Suraxanı rayon fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisinin vəzifələrinin icraçısı, kapitan Renat Fazlullov və şöbənin mühəndisi Rəsman Hacıyev çıxış etdilər.
“Suraxanı Maşınqayırma zavodu” TASC-nin, “Bahar Enerji” və “Suraxanı Oyl” Əməliyyat Şirkətlərinin mülki müdafiə qərargahının rəisləri çıxış edərək mövcud vəziyyət və görülmüş işlər haqqında məlumat verdilər.
Rayonda fəaliyyət göstərən idarə və müəssisələrə mülki müdafiə işinin təşkili məsələsinə yenidən baxılması və bu sahədə olan çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması ilə bağlı lazımi tövsiyələr verildi.