Şriftin ölçüsü :

Saytın rəngi :

“1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü” Suraxanıda təntənəli qeyd edildi

31 may 2013 | 15:00

 

30 may 2013-cü il tarixdə “Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə çoxsaylı uşaqların iştirak etdiyi möhtəşəm bayram tədbiri keçirilmişdir.
Səttar Bəhlulzadə adına mədəniyyət sarayında təşkil olunmuş ümumrayon tədbirinə 2 saylı Uşaq Evində, 7 saylı Əqli cəhətdən qüsurlu uşaqlar üçün İnternat məktəbində, Oriqami Reablitasiya mərkəzində, “Autizm” mərkəzində tərbiyə alan uşaqlar, aztəminatlı ailələrdən olan uşaqlar, valideyn himayəsindən məhrum olan uşaqlar, məcburi köçkün ailələrindən olan uşaqlar dəvət olunmuşdu.
Rayon İcra Hakimiyyətin başçısının müavini Əhməd Talıbov bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq onları “1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə təbrik etdi və bildirdi ki, uşaqlar dünyada hamı üçün əzizdir.  Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqları Beynəlxalq müdafiə günü bütün dünyada keçirilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.
Əhməd Talıbov xüsusi vurğuladı ki, Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər.
Bizim xalqımızın ən nəcib, ən gözəl xüsusiyyətlərindən və ulu babalarımızdan bizə qalmış ənənələrdən biri də odur ki, Azərbaycan xalqı həmişə uşaqsevər olmuşdur. Uşağa qayğı göstərmək, uşaqları qorumaq, uşaqları müdafiə etmək bizim müqəddəs borcumuzdur, cəmiyyətin, hər bir vətəndaşın müqəddəs borcudur.
Gərək hər bir valideyn uşağına və təkcə öz uşağına yox, ümumiyyətlə, uşaqlara qayğını, diqqəti özünün həm borcu, həm də müqəddəs vəzifəsi kimi qəbul etsin və ona riayət etsin, yerinə yetirsin.
Tədbirdə Səttar Bəhlulzadə adına mədəniyyət saraylarının bədii kollektivi, həmin mədəniyyət sarayında dərnəklərdə məşğul olan uşaqlar maraqlı konsert  proqramı ilə çıxış etdilər.
Çoxsaylı uşağın iştirak etdiyi şənlik uşaqların sevinci ilə qarşılandı. Tədbirin sonunda “McDonalds” şirkətinin uşaqlara göndərdiyi yeməklər onlara paylanıldı.

Keçidlər