Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı “Tarix unudulmur” devizi altında yürüş keçirilib

31 mart 2018 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “31 mart Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar rayonda silsilə tədbirlər keçirilmişdir.
31 mart 2018-ci il tarixində  Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı rayon İcra Hakimiyyətinin məsul işçilərinin, min nəfərdən yuxarı rayon ziyalısının və ictimaiyyət nümayəndəsinin iştirak etdiyi “Tarix unudulmur” devizi altında yürüş keçirilımişdir.
Yürüş iştirakçıları rayonun Bülbülə qəsəbəsində soyqırıma məruz qalmış insanların xatirəsinə ucaldılmış “Soyqırım abidəsi”ni ziyarət etmiş, Bülbülə və Yeni Suraxanı qəsəbələrində yerləşən Şəhidlər xiyabanlarında torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş igid oğul və qızlarımızın məzarları önünə tər güllər qoymuşlar..
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov yürüş iştirakçılarına müraciət edərək bildirmişdir ki, erməni soyqırımına, eyni zamanda, rayonun Bülbülə, Əmircan, Yeni Suraxanı qəsəbələrində yaşayan insanlar da məruz qalmışlar. Çoxlu sayda günahsız insan ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.  Azərbaycanlıların kütləvi qırğını, doğma torpaqlarından didərgin salınması XX əsr Azərbaycan tarixinin ən faciəli və dəhşətli ağrılarındandır. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin ölkəmizin müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi Azərbaycanlıları bir millət kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olub.
İlqar Abbasov xüsusi vurğulamışdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev bütün görüşlərində, xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən erməniləri ifşa edir, soyqırımı cinayəti törədənləri və ona göz yumanları kəskin tənqid edir, dünya ictimaiyyətini erməni riyakarlığına son qoymağa çağırır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox ciddi işlər aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası dünyanın əksər ölkələrində uğurla həyata keçirilir.

Keçidlər