Rayonun Zığ qəsəbəsində növbəti səyyar görüş keçirilmişdir
10 mart 2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 43 saylı evin yanında sakinlərlə növbəti səyyar görüşü olmuşdur. Görüşdə 40 nəfər sakin, aparatın məsul işçiləri, Zığ qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
Səyyar görüşdə sakinlərdən Zığ yolu küçəsi, ev 43-də yaşayan vətəndaşlar Bəşirova Sədiqə Kamil qızı, Qasımov Faiq Qasım oğlu, Canqayev Musa Zahid oğlu, Mayilov Bayram Mübariz oğlu, Butayeva Fatimə Əlimətovna, Syabitova Munirya Muratovna onları narahat edən müxtəlif məsələlərlə bağlı müraciət etdilər.
Səyyar görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.