Rayonun Bülbülə qəsəbəsində növbəti səyyar görüş keçirilmişdir
2 mart 2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, 2 saylı evin yanında sakinlərlə növbəti səyyar görüşü olmuşdur. Görüşdə 35 nəfər sakin, aparatın məsul işçiləri, Bülbülə qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
Sakinlərdən Həmidov Ramin İsab oğlunun, Məmmədov Nizami Hidayət oğlunun, Ağayev Rəfail Əvəz oğlunun, Tağıyeva Maral Balasəf qızının, Tağıyev Fərhad Allahverən oğlunun kanalizasiya şəbəkəsinin qurulması və küçənin asfaltlanması, qaz təchizatı təzyiqinin aşağı olması, su təchizatının gecə saatlarında kəsilməsi, yaxınlıqda yerləşən yolun bir hissəsinin çökməsi, küçənin işıqlandırılmasının qənaətbəxş olmaması, fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı müraciətlərinə rayon rəhbəri tərəfindən aydınlıq qətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.