Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Yeni Suraxanı qəsəbəsində növbəti səyyar görüş keçirilmişdir

28 fevral 2018 | 16:00

28 fevral 2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, Keçid № 4-də sakinlərlə növbəti səyyar görüşü olmuşdur. Görüşdə 55 nəfər sakin, aparatın məsul işçiləri, Yeni Suraxanı qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
Səyyar görüşdə sakinlərdən Muradov İlham Əli oğlu, Muradova Tamilla Həsən qızı, Quliyeva Yazgül Məmməd qızı, Vəliyeva Fəridə Musa qızı kanalizasiya xəttinin çəkilməsi və küçənin asfaltlanması, evlərin altına su dolması, şamboların boşaldılmasına köməklik göstərilməsi, marşrut avtobusu xəttinin dəyişdirilməsi, sayının artırılması və digər məsələlərlə bağlı müraciət etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, Suraxanı rayonunun əksər hissəsində su və kanalizasiya şəbəkəsi təmir olunub və yenidən qurulub. Sizin yaşadığınız ünvanda kanalizasiya şəbəkəsinin qurulması Dövlət Proqramında nəzərdə tutulmuşdur. Bu işlər mərhələli şəkildə yerinə yetirilir. Bu küçədə də kanalizasiya şəbəkəsi qurulduqdan sonra küçənin asfaltlanması məsələsi öz həllini tapacaqdır. Kanalizasiya şəbəkəsi qurulduqdan sonra evlərin altına su dolması məsələsi də öz həllini tapacaqdır. Məsələ öz həllini tapanadək Rayon İcra Hakimiyyətinin və Rayon Sukanal İdarəsinin birgə köməkliyi ilə şambolara və evlərin zirzəmilərinə dolmuş suların daim boşaldılması üçün bütün zəruri tədbirlər görüləcək və nəzarətdə saxlanılacaq.
Marşrut avtobusu xəttinin dəyişdirilməsi və sayının artırılması ilə bağlı məsələ ilə bağlı İlqar Abbasov bildirmişdir ki, rayon İcra Hakimiyyətinin müvafiq məktubları ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə müraciətlər ünvanlanmışdır. Alınmış cavab məktubunda digər səbəblərlə yanaşı Agentlik tərəfindən keçirilən monitorinq zamanı sərnişin axının və yol infrastrukturunun tələb olunan səviyyədə olmadığından məsələnin həlli mümkün olmamışdır. Amma sizin müraciətinizi nəzərə alaraq RİH tərəfindən Agentliyə təkrar müraciət ediləcəkdir.          
Səyyar görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.

Keçidlər