Suraxanıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranmasının 6-cı ildönümü qeyd edildi
Suraxanı rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Suraxanı rayon İdarəsinin birgə təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin konfrans zalında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranmasının 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmişlər.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyəti başçısı İlqar Abbasov tədbir iştirakçılarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranmasının 6-cı ildönümü münasibəti ilə təbrik edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Hərbi Komissarlığı ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır.
Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Bizim qarşımızda duran əsas məsələ Müstəqil Respublikamızın suverenliyinin, ərazi bütövlüyünün qorunmasıdır. Hər şey Vətənin müdafiəsindən başlayır.
Vətəni sevmək, onu düşməndən qorumaq, lazım gəldikdə onun üçün canını belə fəda etmək hər bir vətəndaşımız üçün müqəddəs bir vəzifədir. Vətənini sevən hər bir Azərbaycanlı daim onun müdafiəsinə hazır olmalıdır. Azərbaycan gəncliyinin tərkib hissəsi olan rayonumuzun gəncləri də həmişə ölkəmizdə gedən proseslərin içərisində olmuş və Vətənə sədaqətli olduqlarını nümayiş etdirmişlər.
Qarabağ müharibəsində Suraxanı rayonundan torpaqlarımınızın müdafiəsi zamanı 310 nəfər şəhid, 290 nəfər müxtəlif dərəcəli əlil olmuşdur.
2016-cı il aprel ayının 2-də Milli Ordumuzun əsgər və zabitləri erməni təxribatına tutarlı cavab verməklə Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha təsdiq etdi. Ordumuzun əks həmləsi nəticəsində qısa müddət ərzində ciddi tələfat verən erməni hərbi birləşmələri geri çəkildilər.
Bu qəhrəman oğullarımızın hamısının Milli ordumuza yolu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən başlamışdır.
Ötən 6 il ərzində Suraxanı rayon İcra Hakimiyyəti ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, eyni zamanda Xidmətin Suraxanı rayon İdarəsi ilə işgüzar münasibətlər qurulmuşdur.
İldə 4 dəfə “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının icrası birgə təmin edilir.
Hər il olduğu kimi, ötən il də təntənəli şəkildə çağırışçıların həqiqi hərbi xidmətə yola salınması və həqiqi hərbi xidmətdən tərxis olunanların qarşılanmasına həsr olunmuş tədbirlər keçirilmişdir. Gələcəkdə də bu istiqamətdə birgə tədbirlərimizi davam etdirəcəyik.
Tədbirdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarə rəisinin müavini-Səfərbərlik Hazırlığı və Səfərbərlik şöbəsinin rəisi Vüsal Həsənov, rayon Polis İdarəsinin rəisi Namiq Həsənov, rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, Əmək, Müharibə və Silahli Qüvvələr Veteranlar təşkilatının Suraxanı rayon Veteranlar Şurasının sədri Eldar Rüstəmov, rayon Ağsaqqallar Şurası Nəzarət-təftif komissiyasının sədri Müseyib Bağırov çıxış etdilər.
Tədbirin sonunda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin bir qrup əməkdaşı qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə və gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində fəal iştirakına görə rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.