Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində növbəti açıq dərs keçirilmişdir

27 dekabr 2017 | 16:00

27 dekabr 2017-ci il tarixdə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində Elektron lektoriya zalında Rayon İcra Hakimiyyətinin və Mərkəzin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda 2017-2018-ci tədris ilində növbəti açıq dərs keçirilmişdir.
Açıq dərsdə rayonun 114, 232, 279 və 281 nömrəli tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak etmişdir.
Açıq dərsdə iştirak edən şagirdlər əvvəlcə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular, Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərinin öyrənilməsi məqsədi ilə elektron auditoriyada Mərkəzin sifarişi ilə hazırlanmış “Millət Atası” filmini izlədilər.
Açıq dərs dövlət himninin oxunması ilə başladı.
Açıq dərsdə 232 nömrəli tam orta  məktəbin müəllimi Zərxanım Zülfüqarova , 114 nömrəli tam orta  məktəbin müəllimi Sənan Quliyev, 281 nömrəli tam orta  məktəbin müəllimi Dilarə Dadaşova, 275 nömrəli tam orta  məktəbin müəllimi Sevil Rəhimova, 279 nömrəli tam orta  məktəbin müəllimi Fərman Əmirov dərs dedilər.
Şagirdlərin diqqətinə çatdırıldı ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində xüsusi yeri var. Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmış, geniş islahatların keçirilməsində, əsrin neft kontraktının bağlanmasında böyük əmək sərf etmiş, gənc dövlətimizin beynəlxalq nüfuzunun artmasında müstəsna xidmətlər göstərmişdir. Bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında gələcəyə, inkişafa doğru məhz Heydər Əliyevin təməlini qoyduğu yolla inamla irəliləməkdədir.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Fond Ulu Öndərin milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanmasında mühüm rol oynayır.
Açıq dərsdə mövzular xüsusi hazırlanmış animasiya, foto, video materiallarla şagirdlərin diqqətinə çatdırıldı.

Keçidlər