Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı neftçiləri Ulu Öndərin xatirəsini andı

09 dekabr 2017 | 16:00

Suraxanı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevi  Anım günü məqsədi ilə rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirləri  təşkil olunur. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti tədbir “Bahar Enerji” əməliyyat şirkətində keçirilmişdir.
Anım tədbirinin əvvəlində bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad edildi.
Tədbiri giriş sözü ilə açan “Bahar Enerji” əməliyyat şirkətinin vitse-prezidenti Elşad Həsənov bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 14 il keçir. Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Ulu Öndərin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün Azərbaycan nefti onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilmişdir.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov bildirdi ki, Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, millətimizin və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirdi. Azərbaycan xalqı yalnız XX əsrin sonlarında müstəqillik qazandıqdan sonra təbbi sərvətlərimizdən bəhrələnmək imkanı qazanmışdı. Amma müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik edən şəxslər Azərbaycan neftinə maraq göstərən xarici neft şirkətləri ilə 1993-cü ilin yazında elə bir müqavilənin bağlamasına yaxınlaşmışdı ki, o nəinki  xalqın mənafelərini nəzərə almır, həmçinin ölkənin  qiymətli təbii sərvətini talan edərək iqtisadiyyata böyük ziyan vururdu. Azərbaycan xalqının bu sərvətdən tam bəhrələnmək imkanını reallığa çevirən Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev dühası oldu. “Əsrin müqaviləsi”ndən başlanan milli inkişaf Azərbaycanın müstəqilliyini əbədi, dönməz etdi. Ulu Öndər Heydər Əliyev və onun ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanı bugünkü nailiyyətlərə addım-addım gətirmişlər.
Ulu Öndərin neft strategiyasını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən enerji siyasəti bu gün ölkəmiz, xalqımız və bütöv region üçün böyük faydalar verir. Neft-qaz resurslarımız ölkə iqtisadiyyatını gücləndirir, eyni zamanda beynəlxalq mövqelərimizi də möhkəmləndirir.
Barxudar Barxudarov vurğuladı ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsində möhtərəm Prezidentimiz cənab  İlham Əliyevlə birgə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Yüksək dəyərləri öz şəxsiyyətində cəmləyən Mehriban xanım Əliyeva demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinə layiqli töhfələrini verir. Azərbaycan siyasi və iqtisadi cəhətdən qüdrətlənir, öz inkişaf templərinə görə dünyada qabaqcıl yerlərdən birini tutur.
Tədbirin sonunda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş film nümayiş olundu.

Keçidlər