Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanının səhiyyə işçiləri Ulu Öndərin xatirəsini andı

09 dekabr 2017 | 16:00

Suraxanı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevi  Anım günü məqsədi ilə rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirləri  təşkil olunur. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti tədbir rayonun səhiyyə işçilərinin iştirakı ilə Suraxanı Tibbi Bərpa Mərkəzində keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Suraxanı Tibbi Bərpa Mərkəzinin foyesində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev büstünü ziyarət edərək önünə tər güllər qoydular.
Anım tədbiri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.
Tədbiri giriş sözü ilə açan 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının baş həkimi İlhamə Cabbarova bildirdi ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından artıq 14 il keçir. Müstəqil Azərbaycan dövlətini məhvolma təhlükəsindən qoruyub saxlayan, onu Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir.
24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Azər Məmmədov qeyd etdi ki, Heydər Əliyevin ilahi istedadı, tükənməz enerjisi, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini hər zaman əsas prioritet hesab etməsi, sözü ilə əməlinin üst-üstə düşməsi Azərbaycan xalqının bu  böyük insana hədsiz inamının əsas səbəbləridir. Ümummilli Lider Heydər Əliyev ən çətin məqamlarda, böhranlı vəziyyətlərdə də geri çəkilmirdi, sarsılmaz iradə və qətiyyət nümayiş etdirməyi, çıxış yolları axtarmağı və tapmağı bacarırdı.
Tədbirdə çıxış edən Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov bildirdi ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə gəldiyi vaxt respublikada vəziyyət həddindən artıq ağır idi - xarici qüvvələrin dəstəyi ilə qərbdən erməni təcavüzü başlamış, şimalda və cənubda isə separatçılıq meyilləri güclənmişdi, ölkəni iqtisadi tənəzzül və siyasi xaos bürümüşdü, dövlətçilik böyük təhlükə altında idi. Belə ağır bir şəraitdə Ulu Öndər yalnız öz siyasətinə və xalqın dəstəyinə arxalanaraq quruculuq missiyasını bacarıqla həyata keçirdiyi kimi, xilaskarlıq missiyasını da uğurla həyata keçirdi, dövlətçiliyi möhkəmləndirdi, müstəqilliyi əbədiləşdirdi. Ulu Öndər Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr bu gün onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görülür.
Tədbirdə çıxış edən 24 nömrəli Şəhər Poliklinikasının baş həkimi Hacağa Bağırov, 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimi Şəfa Yusifova Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinə göstərdiyi diqqət və qayğıdan danışdılar. Bildirdilər ki, Azərbaycan səhiyyəsinə bu qayğını bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva göstər

Keçidlər