Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin xatirəsi Suraxanıda 278 nömrəli məktəbdə anıldı

06 dekabr 2017 | 16:00

Suraxanı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevi  Anım günü məqsədi ilə rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər  keçirilir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti tədbir 278 nömrəli tam orta məktəbdə keçirilmişdir.
Anım tədbirinin əvvəlində bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edildi.
Tədbiri giriş sözü ilə açan 278 nömrəli tam orta məktəbin direktoru Məlahət Əliyeva bildirdi ki, 12 dekabr “Bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib” deyən Ulu Öndər Heydər Əliyevi Anım günüdür. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından artıq 14 il keçir. Ulu Öndər Heydər Əliyevin mənalı həyatı və yorulmaz fəaliyyəti Azərbaycanın yarım əsrlik tarixini özündə əks etdirən böyük bir külliyyatdır, daim  öyrənilməli və öyrədilməlidir.
Tədbirdə çıxış edən Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov bildirdi ki, Ulu Öndər Heydər Əliyev böyük siyasətdə qarşıya qoyduğu  məqsədlərə və hədəflərə nail olmaq üçün yalnız fenomenal  şəxsi keyfiyyətlərinə, daxili inamına  və iti fəhminə deyil, eyni zamanda ictimai rəyə əsaslanır, ən böyük dəstəyi və enerjini öz xalqından alırdı. Ulu Öndər Heydər Əliyevdə böyük sərkərdəlik qabiliyyəti vardı, insanları özünə çəkirdi, insanlar ona inanır, etibar edirdilər, arxasınca gedirdilər. Ulu Öndər Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr bu gün onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi elmi cəhətdən əsaslandırılmış, məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmiz davamlı uğurlar qazanır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında bir sıra irimiqyaslı, möhtəşəm layihələr həyata vəsiqə almışdır. Bütün bu işlər Azərbaycanın ümumi inkişaf strategiyasının tərkib hissəsinə çevrilmişdir.
Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya göstərildi.

Keçidlər