Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Ulu Öndərin xatirəsi anılır

02 dekabr 2017 | 16:00

Suraxanı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevi  Anım günü məqsədi ilə rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirləri  təşkil olunur. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti tədbir 2 dekabr 2017-ci il tarixdə rayonun 23 nömrəli Şəhər Poliklinikasınin iclas zalında keçirilmişdir.
Tədbirdə 16 nömrəli Uşaq Poliklinikasının, 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının, 30 nömrəli Ambulatoriyanın kollektivləri də iştirak etmişdir.
Anım tədbirinin əvvəlində bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad edildi.
Tədbiri giriş sözü ilə açan 23 nömrəli Şəhər Poliklinikasınin baş həkimi Şərəbani Yusifzadə bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 14 il keçir. Vətənini, millətini sevən hər bir Azərbaycanlı üçün tükənməz qürur mənbəyidir ki, bu gün nəinki ölkəmizdə, bir çox dünya dövlətlərində Ümummilli Liderimiz Heydər Əliyevin Anım günü ilə bağlı tədbirlər keçirilir.
Tədbirdə çıxış edən Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev bildirdi ki, Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, millətimizin və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirdi. Azərbaycan xalqının inkişafı, gələcək tərəqqisi naminə Ulu Öndər Heydər Əliyev vətənimizin ən ağır və faciəli günlərində rəhbərliyi öz üzərinə götürərək misilsiz xidmətlər göstərməklə ölkəni parçalanıb məhv olmaqdan xilas etmiş əbədi Liderdir. Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan sürətli tərəqqi yolu ilə inkişaf edir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond ardıcıl və məqsədyönlü fəaliyyətini uğurla davam etdir, qarşıya qoyduğu məqsədlərin həyata vəsiqə qazanması işində yeni-yeni zirvələr fəth edir, Azərbaycanımızın adını ucaldır.
Tədbirdə çıxış edən 23 nömrəli Şəhər Poliklinikasınin həkimi Tünzalə Süleymanova, 16 nömrəli Uşaq Poliklinikasının həkimi Günel Axundova Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinə göstərdiyi diqqət və qayğıdan danışdılar. Qeyd etdilər ki, Ümummilli Liderimizin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində unudulmaz izlər buraxmışdır.

Keçidlər