Şriftin ölçüsü :

Saytın rəngi :

5 iyun - su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür

05 iyun 2024 | 13:05
Qeyd edək ki, su təsərrüfatı işçiləri Azərbaycanda həyata keçirilən sosial siyasətə mühüm töhfələr verirlər.
Son illər ölkəmizdə içməli sukanalizasiya infrastrukturunun yenidən qurulması sahəsində həyata keçirilən çoxsaylı layihələr şəhərrayon mərkəzlərində, həmçinin içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyatın canlanmasına, vətəndaşların sağlamlığının qorunmasına və əhalinin sosial rifahının yüksəldilməsinə zəmin yaradır. Bu sahədə reallaşdırılan layihələr müstəqil Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin prioritet istiqamətlərindən biri kimi getdikcə daha çox aktuallıq kəsb edir.
Suraxanı Rayon İcra Hakimiyyəti adından 5 iyun – “Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı" günü münasibətilə su təsərrüfatı sahəsində çalışan bütün əməkdaşları təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik.
Keçidlər