Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 90 illik yubileyi qeyd edilmişdir

28 aprel 2013 | 15:00

27 aprel 2013-cü il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, ictimai xadim, Əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, önünə tər güllər düzmüşlər. Sonra Heydər Əliyev Mərkəzində  görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 90 illik yubileyi münasibəti ilə yaradılmış guşədə  qoyulmuş büstü önünə tər güllər düzmüş,  foto, kitab sərgisinə baxmışlar.
Tədbir Mərkəzin elektron lektoriya zalında davam etdirilmişdir. Konftans iştirakçıları bir dəqiqəlik sükutla akademik Zərifə xanım Əliyevanln əziz xatirəsini yad etmiş, Zərifə xanım Əliyeva haqqında filmə baxmışlar.
Konfransı  Rayon İcra Hakimiyyətinin başçıs İlqar Abbasov giriş sözü ilə açaraq qeyd etmişdir ki, görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda geniş qeyd edilir, əziz xatirəsi sonsuz məhəbbətlə anılır, yad edilir. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elmi tarixində ayrıca bir mərhələ təşkil edir, elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 fevral 2013-cü il tarixli "Akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının icrası istiqamətində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun təhsil, səhiyyə, mədəniyyət, sənaye müəssisələrində dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi münasibəti ilə silsilə tədbirlər keçirilmiş, təhsil ocaqlarında şagirdlərin inşa yazı müsabiqələri, rəsm sərgiləri təşkil olunmuşdur. Keçirilən tədbirlər barədə kütləvi informasiya vasitələrində, televiziya kanallarında mütəmadi məlumatlar verilmişdir.
Rayon rəhbəri akademik Zərifə Əliyevanın SSRİ-də gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadın olduğunu xüsusi vurğulayıb.
İlqar Abbasov qeyd etmişdir ki, gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır.
Zərifə xanım Əliyeva elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı.
Konfransda YAP Suraxanı rayon qadınlar şurasının sədri, 97 saylı məktəbin direktoru Solmaz Səfərova, 24 saylı Şəhər Poliklinikasının baş həkimi Rəsul Abbasov, həkimlər Cəbrayıl Paşayev, Aynurə Ələsgərova, müəllimə Cəmilə Allahverdiyeva və başqaları çıxış edərək akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafı istiqamətində apardığı tədqiqat işlərinin verdiyi bəhrələrdən danışmışlar.
Konfransın işini yekunlaşdıra Rayon İcra Hakiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb.
Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülüb.
Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım Əliyeva Ulu Öndərimizə mənəvi dayaq, arxa olub.
Natiq xüsusi vurğulamışdır ki, Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin anasıdır. Akademik Zərifə xanım Əliyeva özünün səmimiliyi, xeyirxahlığı, insansevərliyi, vətənpərvərliyi, bəşəri duyğuları ilə ölməzliyə qovuşub. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Keçidlər