Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “Tikinti qanunvericiliyi: tələblər və reallıqlar” mövzusunda növbəti marifləndirici tədbir keçirilmişdir

10 noyabr 2017 | 16:00

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə  “Tikinti qanunvericiliyi: tələblər və reallıqlar” mövzusunda növbəti maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini, Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun Hüquqi maarifləndirmə üzrə koordinasiya şurasının üzvü Səyyad Kərimov, Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun Ölkədaxili Layihələr şöbəsinin müdiri Hacı Abdulla İştirak etmişdir.
Maarifləndirici tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri bildirdi ki, Rayon İcra Hakimiyyəti başçısının 68 nömrəli 05.06.2017-ci il tarixli sərəncamı ilə “Suraxanı rayonunda ideoloji işin gücləndirilməsinə, səmərəliliyinin artırılmasına dair Tədbirlər Planı” təsdiq edilmişdir. Həmin Tədbirlər planına uyğun olaraq rayonda cəmiyyətimiz üçün aktual olan məsələlərə diqqət yetirmək, vətəndaşların maarifləndirilməsi və onların ictimai fəallığının artırılması məqsədi ilə tədbirlərin keçirilməsinə start verilmişdir. Mövzuların əhatə dairəsi genişdir. Burada ictimai-siyasi fəallıq, zəruri hüquqi bilgilər, dini etiqad azadlığı, ekologiya, insan sağlamlığı, ailə və uşaq problemləri, həyatımızın digər sahələrini əhatə edən mövzuların müzakirəsi nəzərdə tutulmuşdur. Növbəti marifləndirici tədbir tiklinti qanunvericiliyinə həsr olunmuşdur.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini, Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun Hüquqi maarifləndirmə üzrə koordinasiya şurasının üzvü Səyyad Kərimov “Tikinti qanunvericiliyi: tələblər və reallıqlar” mövzusunda məruzə ilə çıxış etdi və tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırdı.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun Ölkədaxili Layihələr şöbəsinin müdiri Hacı Abdulla çıxış edərək bildirdi ki, Suraxan Rayon İcra Hakimiyyəti ilə birgə maarifləndirici tədbirlərin keçirilməsi gələcəkdə davam etdiriləcəkdir.

Keçidlər