Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirilib

10 noyabr 2017 | 16:00

10 noyabr tarixdə Suraxanı Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirilmişdir.
Tədbirdə Suraxan  rayonunda fəaliyyət göstərən özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, rayon təhsil, səhiyyə  müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də, FHN Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak etdilər.
Müşavirəni giriş sözü ilə açan Suraxanı  Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev Suraxanı  rayonunda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər barədə məlumat verərək, insanlar arasında bu istiqamətdə təbliğat işinin əhəmiyyətindən danışdı.
Bakı Regional Mərkəzinin rəis müavini, polkovnik-leytenant Elnur Qasimov  tədbirin keçirilməsinin  zəruriliyini bildirərək, fövqəladə hadisələr zamanı insanların təhlükəsizliyinin təmin edilməsinin əsas vacib məsələ olduğunu bildirmişdir. Daha sonra Bakı şəhərində 2016 -21017-ci illərin müvafiq dövründə baş vermiş yanğin hadisələrinin  statistikası barədə  məlimat verilmişdir.
FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin əməkdaşı Nizami Fərəcov, Suraxanı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Nizami Zamanov, Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Səbuhi Zeynalov və digər çıxış edən natiqlər “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılması yolları”, “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin  təmin edilməsi ilə bağlı görülən işlər və mövcud problemlər ” və Yanğın zamanı ilkin tibbi yardım” mövzularında ətraflı məlumat verdilər.
Tədbir zamanı  “Məişətdə yanğın təhlükəsizliyi”, “Dəm qazı” və “Odsöndürən balondan istifadə qaydaları” ilə bağlı videoçarxlar nümayiş olundu və suallar cavablandırıldı.

Keçidlər