Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda “9 noyabr-Dövlət Bayrağı günü” münasibəti ilə silsilə tədbirər keçirilir

08 noyabr 2017 | 16:00

8 noyabr 2017-ci  il tarixdə Suraxanı rayonu Heydər Əliyev parkında xüsusi tərtibatla bəzədilmiş “Bayraq meydanı”nda  Suraxanı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə “9 noyabr-Dövlət Bayrağı günü” münasibəti ilə tədbir keçirilmişdir.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında Şuranın üzvləri, Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri və velosipedçilər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları, gəncləri və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər, “9 noyabr-Dövlət Bayrağı günü” münasibəti ilə məktəblilər arasında keçirilmiş rəsm müsabiqəsinin qaliblərinin çəkdikləri rəsmlərə baxdılar.
Suraxanı rayonu Heydər Əliyev parkında “Bayraq meydanı”nda keçirilən tədbir dövlət himninin oxunması ilə başlandı. Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, bayraq qürur yerimiz, dövlət rəmzimizdir, milli kimliyimizdir. Üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edilmiş, üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırılmışdır. 1995-ci ildə Ümummilli Liderin rəhbərliyi altında hazırlanmış Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir.
İlqar Abbasov xüsusi vurğulamışdır ki, Ulu Öndərin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını daim uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır.
Bu gün ölkəmizin şəhər və rayonlarda Bayraq Meydanlarında dövlət bayrağının təntənəli dalğalandığını görmək mümkündür. Belə yerlərdən biri də Suraxanı rayonunda Heydər Əliyev parkında yerləşən “Bayraq meydanı”dır. Dövlət bayrağımız 4 may 2009-cu il tarixdən bu meydanda dalğalanaraq hər birimizi qürurlandırır. Dövlət Bayrağımız dalğalanaraq xalqımızda milli özünüdərk və müstəqillik ideallarını, həmrəylik duyğularını daha da gücləndirir.
Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının Baş katibi Fərhad Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov çıxış edərək Dövlət Bayrağı Gününün əhəmiyyətindən danışıb, belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirdi.
Sonra Heydər Əliyev parkında yerləşən “Bayraq meydanı”ndan velosipedçilərin yürüşünə start verildi. 100-dən çox velosipedçi xüsusi geyimdə dövlət bayrağı ilə rayonun Balandin, Səttar Bəhlulzadə, Atamoğlan Rzayev küçələrindən keçərək “Atəşgah Məbədi” Tarix-Memarlıq Qoruğuna gəldilər. Oradan isə Atamoğlan Rzayev, Malik Mustafayev küçələrindən keçərək “Finiş” nöqtəsinə - Bayraq meydanına gəldilər. Bütün marşrut boyu və finiş nöqtəsində velosipedçiləri gənclər, sakinlər böyük coşqu ilə bayraqlarla salamladılar.
Suraxanı rayonunda “9 noyabr-Dövlət Bayrağı günü” münasibəti ilə  silsilə tədbirər davam edir.

Keçidlər