Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu Xarici Dillər Təmayüllü Gimnaziyada Dövlət Bayrağı Günü” münasibəti ilə tədbir keçirildi

07 noyabr 2017 | 16:00

“9 noyabr – Dövlət Bayrağı Günü” münasibəti ilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun təhsil, səhiyyə, sənaye, mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir. Növbəti tədbir Xarici Dillər Təmayüllü Gimnaziyada keçirilmişdir.
Tədbirdə iştirak edən “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” təşkilatının nümayəndələri, qonaqlar, təhsil işçiləri əvvəlcə məktəblilərin “Azərbaycanın Dövlət Bayrağı” mövzusunda hazırladıqları əl işlərinə baxdılar. Məktəbin akt zalında davam edən tədbirdə aparıcılar Dövlət bayrağının yaranma tarixi haqqında məlumat verdilər.
Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Xəyalə Əhmədzadə çıxış edərək bu gözəl bayram münaibətilə tədbir iştirakçılarını təbrik etdi və bildirdi ki, dövlətçilik rəmzlərindən sayılan üçrəngli bayrağımız Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra dövlət müstəqilliyimizin, ölkənin ərazi bütövlüyünün və toxunulmazlığının, milli suverenliyimizin simvolu kimi qəbul olunmuşdur.
Yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışan Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov vurğuladı ki, gün gələcək biz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qüdrətli siyasəti sayəsində torpaqlarımızı işğaldan azad edəcəyik və üçrəngli bayrağımız Qarabağda dalğalanacaqdır.
Çıxışlardan sonra Gimnaziyanın şagirdlərinin ifasında şeirləri səsləndi, mahnılar  və rəqslər nümayiş edildi.

Keçidlər