Suraxanı rayonu 118 nömrəli tam orta məktəbdə “Bayraq Milli Qürurumuzdur” adlı tədbir keçirildi
“9 noyabr – Dövlət Bayrağı Günü” münasibəti ilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun təhsil, səhiyyə, sənaye, mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir. “Bayraq Milli Qürurumuzdur” adlı növbəti tədbir rayonun 118 nömrəli tam orta məktəbində keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə məktəbin həyətyanı sahəsində ağac əkdilər, məktəblilərin “Bayraq Milli Qürurumuzdur” mövzusunda çəkdikləri rəsmlərə baxdılar.
Məktəbin akt zalında təşkil olunmuş tədbir Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başladı.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov, 118 nömrəli tam orta məktəbin direktoru Nizaməddin Ağcayev Bayraq gününün mahiyyəti barədə şagirdlərə ətraflı məlumat verərək, milli-mənəvi dəyərlərə sahib olmaqla yanaşı onları qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürməyin vacibliyini vurğuladılar.
Sonra şagirdlərin ifasında bayraqla bağlı şeir və musiqi parçaları səsləndi, ədəbi-bədii kompozisiya təqdim olundu.