“Təbii fəlakətlər və ətraf mühit” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
Suraxanı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında “Təbii fəlakətlər və ətraf mühit” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd etmişdir ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 05.06. 2017-ci il tarixli Sərəncamı ilə “Suraxanı rayonunda ideoloji işin gücləndirilməsinə, səmərəliliyinin artırılmasına dair Tədbirlər Planı təsdiq edilmişdir. Həmin Tədbirlər Planına uyğun olaraq rayonda silsilə maarifləndirici tədbirlər keçirilir. Mövzuların əhatə dairəsi genişdir, burada ictimai-siyasi fəallıq, zəruri hüquqi bilgilər, dini etiqad azadlığı, ekologiya, insan sağlamlığı, ailə və uşaq problemləri və həyatımızın digər sahələrini əhatə edən mövzuların müzakirəsi nəzərdə tutulmuşdur.
Tədbirdə Respublika Seysmoloji Xidmət Mərkəzi direktorunun birinci müavini, geologiya-mineralogiya elmləri doktoru, professor Rauf Muradov, Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Tahir Məmmədli, Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun Ölkədaxili Layihələr şöbəsinin müdiri Hacı Abdulla məruzə ilə çıxış etdilər.
Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırıldı.