Suraxanı rayonu Heydər Əliyev Mərkəzində növbəti açıq dərs keçirilmişdir
24 oktyabr 2017-ci il tarixdə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində Elektron lektoriya zalında Rayon İcra Hakimiyyətinin və Mərkəzin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda 2017-2018-ci tədris ilində növbəti açıq dərs keçirilmişdir.
Açıq dərsdə rayonun 97, 101, 104, 118 və 226 nömrəli tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak etmişdir.
Açıq dərsdə iştirak edən şagirdlər əvvəlcə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular, Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərinin öyrənilməsi məqsədi ilə elektron auditoriyada Mərkəzin sifarişi ilə hazırlanmış “Millət Atası” filmini izlədilər.
Açıq dərs dövlət himninin oxunması ilə başladı. Dərsin mövzusunu elan edən Rayon İcra Hakimiyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Lamiə Namazova qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiliyi, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında gələcəyə, inkişafa doğru məhz Heydər Əliyevin təməlini qoyduğu yolla inamla irəliləməkdədir.
Açıq dərsdə 97 nömrəli tam orta məktəbin müəllimi Yeganə Məmmədova, 226 nömrəli tam orta məktəbin müəllimi Könül Talıbova, 118 nömrəli tam orta məktəbin müəllimi Gülər Osmanova, 104 nömrəli tam orta məktəbin müəllimi Hədiyyə Əmrahova, 101 nömrəli tam orta məktəbin müəllimi Nəzakət Həmzəyeva dərs dedilər.
Şagirdlərin diqqətinə çatdırıldı ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində xüsusi yeri var. Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmış, geniş islahatların keçirilməsində, əsrin neft kontraktının bağlanmasında böyük əmək sərf etmiş, gənc dövlətimizin beynəlxalq nüfuzunun artmasında müstəsna xidmətlər göstərmişdir. Hazırda Ulu Öndərin siyasi kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük uğurla davam və inkişaf etdirilir.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Fond Ulu Öndərin milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanmasında mühüm rol oynayır.
Açıq dərsdə mövzular xüsusi hazırlanmış animasiya, foto, video materiallarla şagirdlərin diqqətinə çatdırıldı.