Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda növbəti ağacəkmə aksiyası keçirilmişdir

21 oktyabr 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikada ekoloji tarazlığın qorunması ilə bağlı verdiyi müvafiq tapşırıq və tövsiyələrə uyğun olaraq Suraxanı rayon İcra Hakimiyyəti rayonun bütün qəsəbələrində ağacəkmənin növbəti mərhələsini uğurla davam etdirir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti kütləvi ağacəkmə aksiyası oktyabrın 21-də rayonun Əmircan qəsəbəsində, Balandin küçəsinin ətrafında keçirilmişdir.
Ağacəkmə aksiyasında rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri və sakinlər iştirak etmişdir.
Bu aksiyaların keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, rayonun ekoloji tarazlığını bərpa etmək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir. 200 nəfərin iştirak etdiyi iməcilikdə yolun kənarlarında müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüş, mövcud olan yaşıllığa qulluq edilmiş və ərazisə 200-dən artıq ağac əkilmişdir.
Davamlı şəkildə həyata keçirilən ağacəkmə aksiyaları nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır, torpaq qatı münbitləşir.
Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər