Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Suraxanı Rayon Təşkilatında “Dövlət Müstəqilliyi Günü” münasibəti ilə konfrans keçirilmişdir

18 oktyabr 2017 | 16:00

YAP Suraxanı Rayon Təşkilatında “Dövlət Müstəqilliyi Günü”
münasibəti ilə konfrans keçirilmişdir

“18 oktyabr – Dövlət Müstəqilliyi Günü” münasibəti ilə Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatında “Heydər Əliyev – Azərbaycan Bələdiyyəsi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda rayonda fəaliyyət göstərən Əmircan, Bülbülə, Yeni Suraxanı, Hövsan, Qaraçuxur, Zığ bələdiyyələrinin üzvləri iştirak etmişdir..
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov tədbir iştirakçılarını Müstəqillik Günü münasibəti ilə təbrik edərək qeyd etdi ki, 18 oktyabr-Dövlət Müstəqilliyi günü Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Vüqar Seyidov  Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin bələdiyyələrin yaranması haqqında verdiyi sərəncamlar, ölkəmizdə keçirilmiş bələdiyyə seçkiləri, rayonun bələdiyyələrinin fəaliyyəti haqqında məruzə ilə çıxış etdi.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov müstəqillik illərində ölkəımizin əldə etdiyi uğurlardan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışdı və tədbir iştirakçılarını iştirakçılarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi.
Konfransda Qaraçuxur bələdiyyəsinin üzvü Eldar Mirzəliyev, Əmircan bələdiyyəsinin üzvləri Cəmilə Ağayeva, Fəridə Bünyadova, Hövsan bələdiyyəsinin sədri Elbrus Xəlilov, Qaraçuxur bələdiyyəsinin sədr müavini Əvəz Mirzəyev çıxış etdilər.

Keçidlər