Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda “Dövlət Müstəqilliyi Günü” münasibəti ilə silsilə tədbirlər davam edir

17 oktyabr 2017 | 16:00

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Sonra “18 oktyabr – Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş video çarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan “Bahar Energy operating Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin vitse-prezidenti Elşad Həsənov  tədbir iştirakçılarını Müstəqillik Günü münasibəti ilə təbrik edərək qeyd etdi ki, 18 oktyabr-Dövlət Müstəqilliyi günü Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd etdi ki, Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi.
Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?" Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni, az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.
Barxudar Barxudarov vurğuladı ki, lakin bu 26 ilin heç də bütün dövrləri müsbət siyasi-iqtisadi proseslərlə yadda qalmayıb. Çünki 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi cəmiyyətimiz tərəfindən nə qədər böyük razılıq hissi ilə qarşılansa da, sonrakı dövrdə  baş verən neqativ siyasi proseslər xalqımızın azadlıq ideyalarını təhlükə altına almışdı. Çünki 1991-1993-cü illərdə hakimiyyətdə olan iqtidar Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün nəinki bir iş görmədi, əksinə ölkəni dünyada gedən proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına imkan yaratdı. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçilyimizin və müstəqillimizin məhvini qaçılmaz edirdi. Belə bir ağır və mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan siyasi, iqtisadi, mədəni və digər sahələrdə yüksələn xətlə inkişaf etməyə başladı. Bu gün Ulu Öndərin siyasi kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü müdrik siyasətin nəticəsidir ki, ölkəmiz davamlı inkişaf edir, yeni-yeni uğurlara imza atır.

 

Keçidlər