Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda “Dövlət Müstəqilliyi Günü” münasibəti ilə silsilə tədbirlər keçirilir

16 oktyabr 2017 | 16:00

Suraxanı rayonunda “Dövlət Müstəqilliyi Günü”
münasibəti ilə silsilə tədbirlər keçirilir

“18 oktyabr – Dövlət Müstəqilliyi Günü” münasibəti ilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun təhsil, səhiyyə, sənaye, mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir. Növbəti tədbir rayonun səhiyyə işçilərinin iştirakı ilə 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında keçirilmişdir. Tədbiri giriş sözü ilə açan 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Zümrüd Abdullayeva tədbir iştirakçılarını Müstəqillik Günü münasibəti ilə təbrik edərək qeyd etdi ki, 18 oktyabr-Dövlət Müstəqilliyi günü Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı» qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu. Bu gün həmin hadisələrdən 26 il ötür.
Tədbirdə məruzə ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd etdi ki, tarix üçün uzun olmayan bu zaman müddətində Azərbaycan çox böyük inkişaf yolu keçib. Lakin bu 26 ilin heç də bütün dövrləri müsbət siyasi-iqtisadi proseslərlə yadda qalmayıb. Çünki 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi cəmiyyətimiz tərəfindən nə qədər böyük razılıq hissi ilə qarşılansa da, sonrakı dövrdə  baş verən neqativ siyasi proseslər xalqımızın azadlıq ideyalarını təhlükə altına almışdı. Çünki 1991-1993-cü illərdə hakimiyyətdə olan iqtidar Azərbaycanın müstəqilliyinin möhkəmlən¬məsi üçün nəinki bir iş görmədilər, əksinə ölkəni dünyada gedən proseslərdən uzaq sala¬raq təklənməsinə, təcrid olunmasına imkan yaratdılar. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güc¬lənməsi dövlətçilyimizin və müstəqillimizin məhvini qaçılmaz edirdi.
Belə bir ağır və mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu. Xalqımızın dahi oğlunun ölkədə hakimiyyətə dönüşü ilə respublikamızın 1920-ci ildəki aqibətinin təkrarlanması təhlükəsi sovuşduruldu.
  Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına  azad, müstəqil, onun konstitusion hüquqlarını  qoruya bilən, möhkəm hüquqi, siyasi və iqtisadi əsaslar üzərində qurulmuş qüdrətli, dövlət verdi.
Ulu Öndərin layiqli siyasi varisi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqilliyimizin siyasi və iqtisadi sütunları daha da möhkəmlənib. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın  qüdrətli dövlətlərindən birinə çevrilib. Bütün bunlar təbii ki, Ulu Öndər Heydər Əliyevin ideyalarının yaşamasının, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müstəqilliyimizin, dövlətçiliyimizin qüdrətlənməsinə hesablanmış əməli siyasi fəaliyyətin nəticəsidir.
Tədbirdə 23 nömrəli Şəhər Poliklinikasının baş həkimi Şərabanı Yusifzadə, 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov,  15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimi Şəfa Yusifova, 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimi Şərqiyə İsmayılova çıxış etdilər. 
Tədbirdə xüsusi vurğulandı ki, bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, oradakı inkişafı, 26 il bundan əvvəllə müqayisdə olan fərqi, görmək mümkün olmasın. Amma bir həqiqət var ki, Heydər Əliyev hakimiyyətə gəlməsəydi, indi danışmağa nə məkan, nə zaman nə də Azərbaycanın özü olardı.
Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, yaradıcı potensialına, vətənpərvərliyinə və qurub-yaratmaq əzminə arxalanaraq, 25 il ərzində suveren dövlət çərçivəsində misilsiz inkişaf yolu keçmişdir.
Hər bir Azərbaycan vətəndaşı ürəkdən inanır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev yürütdüyü müdrik siyasətlə müstəqil Azərbaycanın müasir və qüdrətli dövlətə çevrilməsini inamla təmin edəcəkdir.

Keçidlər