Şriftin ölçüsü :

Saytın rəngi :

Aşura günü ilə bağlı ölkənin bir sıra məscid və ziyarətgahlarında qanvermə aksiyası keçiriləcək

29 sentyabr 2017 | 16:00

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə Aşura günündə ölkənin bir sıra məscid və ziyarətgahlarında qanvermə aksiyası keçiriləcək.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 1-də keçiriləcək aksiya irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi daşıyır.
Aksiya adları aşağıda göstərilən məscid və ziyarətgahlarda təşkil ediləcək:
Yasamal rayonu, Təzəpir və Hacı Soltanəli məscidləri;
Səbail rayonu, Bibiheybət ziyarətgah məscidi və İçərişəhər Cümə məscidi;
Suraxanı rayonu, Qaraçuxur məscidi;
  Xəzər rayonu, Mir Mövsüm ağa ziyarətgah məscidi;
Nizami rayonu, Keşlə qəsəbə məscidi;
Nəsimi rayonu, Əjdərbəy məscidi;
Sabunçu rayonu, Rəhimə xanım ziyarətgah məscidi;
Sumqayıt şəhəri, Cümə məscidi;
Gəncə şəhəri, İmamzadə ziyarətgah məscidi;
Mingəçevir şəhəri, Heydər məscidi;
Şəki şəhəri, mərkəzi Cümə məscidi;
Lənkəran şəhəri, Böyükbazar Cümə məscidi;
Bərdə şəhəri, Cümə məscidi;
Göyçay rayonu, Əbülfəzlil Abbas məscidi;
Quba rayonu, Ərdəbil məscidi.

Keçidlər