Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində xüsusi istedadı ilə fərqlənən və aztəminatlı ailələrdən olan şagirdlərə kimya fənnindən dərslərin tədrisinə başlanılmışdır

19 sentyabr 2017 | 16:00

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində xüsusi istedadı ilə fərqlənən və aztəminatlı ailələrdən olalan 15 nəfər şagirdin  kimya fənnindən hazırlaşdırılmasına başlanılmış və 18 sentyabr tarixdə ilk dərs keçirilmişdir..
Dərsləri AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun alimləri tədris edəcəklər.
Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində şagirdlərin kimya fənnindən hazırlaşdırılması təklifini AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direkroru akademik Vaqif Abbasov Mərkəzdə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konfransda irəli sürmüş və təklif  Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.
Yeni tədris ili ərəfəsində Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi, AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu və Suraxanı Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq müqaviləsi  imzalamışdır.
Razılaşmaya əsasən AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun alimləri rayon məktəblərinin 10-cu sinfində təhsil alan və gələcəkdə I qrup ixtisaslarını seçən, xüsusi istedadı ilə fərqlənən və aztəminatlı ailələrdən olan 15 nəfər şagirdi 2017-ci ilin sentyabrından başlayaraq 2 il müddətində təmənnasız kimya fənnindən hazırlaşdırılacaqlar. Həftədə 2 dəfə kimyadan məşğələlər keçiriləcək, institutun tanınmış alimləri ilə görüşlər təşkil olunacaq və alimlər şagirdlərə məharət dərsləri keçəcəklər. Ayda 1 dəfə şagirdlərin institutun laboratoriyalarında görülən işlərlə tanışlığı təşkil ediləcək. Şagirdlər institut tərəfindən əlavə dərs vəsaitləri ilə təmin olunacaqlar. Hər rübdə bir dəfə institut alimləri tərəfindən hazırlıq səviyyəsinin yoxlanılması məqsədi  ilə şagirdlər üçün sınaq testləri təşkil olunacaq.

Keçidlər