Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən müharibəsinin Şəhidi Əliyev Yunis Zaur oğlunun doğum günündə Bülbülə qəsəbəsi Şəhidlər Xiyabanında məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, açılan ehsan süfrəsində əziz xatirəsi ehtiramla yad edilib

19 yanvar 2023 | 15:41
44 günlük Vətən müharibəsinin Şəhidi Əliyev Yunis Zaur oğlunun doğum günündə Bülbülə qəsəbəsi Şəhidlər Xiyabanında məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, açılan ehsan süfrəsində əziz xatirəsi ehtiramla yad edilib.
Anım tədbirində Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, YAP Suraxanı Rayon Təşkilatının sədri, şəhid ailələri iştirak ediblər.
Mərasimdə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində Şanlı qələbənin qazanılmasında şücaət göstərən Şəhidlərimizin döyüş yolundan, göstərdikləri vətənpərvərlikdən söz açılıb, onların hər zaman gənc nəsil üçün nümunə olacağı bir daha vurğulanıb.
Keçidlər