Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ildə Suraxanı rayonunda həyata keçirilməsi nəzərdə tutulmuş yerli Proqramlar uğurla icra olunur

31 avqust 2017 | 16:00

“2017-ci ildə Suraxanı rayonunda həyata keçirilməsi nəzərdə tutulmuş yerli Proqramların iş qrafiki”nə uyğun olaraq rayonun Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsinin bir hissəsində abadlıq işləri aparılır. Küçənin 2,0 kilometrlik hissəsinin ətrafları qurumuş alaq otlarından, kol-koslardan təmizlənir, yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin fasadları, hasarlar təmir olunaraq yenidən zövqlə rənglənir, “Tikinti Norma və Qaydaları”nın tələblərinə cavab verməyən, eyni zamanda ətraf ərazinin ümumi görünüşünə xələl gətirən yerüstü kommunikasiya xətləri aidiyyəti xidmət sahələri tərəfindən yerin altına salınır, yeraltı kommunikasiya xətləri (elektrik, su, rabitə) təmir edilir və zərurət olduğu təqdirdə dəyişdirilir,  ağaclar budanır, asfalt örtüyü təmir edilir.
İşlər davam etdirilir.

Keçidlər