Şriftin ölçüsü :

Saytın rəngi :

“ATEF Şirkətlər Qrupu” MMC tərəfindən yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun tikintisi davam etdirilir

30 avqust 2017 | 16:00

Qaraçuxur-Əmircan yolunun sol hissəsində “ATEF Şirkətlər Qrupu” MMC tərəfindən yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun tikintisi davam etdirilir.
Məlumat üçün bildirək ki, 11 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun iri qabaritli transformatorlar zavodunun açılışında iştirak edib və yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoyub.
“ATEF Şirkətlər Qrupu”na Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Qaraçuxur qəsəbəsində transformatorlar və elektrotexniki avadanlıqlar istehsal edən zavod, iri qabaritli transformatorlar zavodunu, Hövsan qəsəbəsində isə metal konstruksiya zavodu daxildir. Bunlardan başqa, şirkətin layihə-konstruktor bürosu, 3 tikinti-quraşdırma, həmçinin nəqliyyat və mexanikləşdirmə idarələri var. Şirkətin transformatorlar zavodu 2005-ci, metal konstruksiya zavodu isə 2011-ci ildən fəaliyyət göstərir.
“ATEF Şirkətlər Qrupu”, eyni zamanda, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə idmanın inkişafına göstərdiyi dəstəyi nəzərə alaraq “ATEF Şirkətlər Qrupu”nun nəzdində müasir idman avadanlıqları ilə təchiz edilmiş “ATEF GYM” idman bölməsi də fəaliyyətə başlamışdır. 20 avqust 2017-ci il tarixdə Suraxanı Rayonu Heydər Əliyev parkında Rayon İcra Hakimiyyətinin və “ATEF Şirkətlər Qrupu”nun birgə təşkilatçılığı ilə “ATEF GYM” idman bölməsinin rayon sakinlərinə tanıdılması tədbiri keçirilmişdir.
“ATEF Şirkətlər Qrupu” Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncamla özəlləşdirilən Bakı mayesiz transformatorlar zavodunun bazasında yaradılıb. Ümummilli Lider Heydər Əliyev 1982-ci və 1986-cı illərdə bu istehsal müəssisəsində olub, kollektivlə görüşüb. Hazırda şirkət tərəfindən Bakı-Tbilisi-Qars, Bakı-Böyük Kəsik dəmir yolu xəttinin, eyni zamanda, Sabirabad, Qazax, Beyləqan rayonlarında məcburi köçkünlər üçün salınan qəsəbələrin elektrik təchizatını nəzərdə tutan yarımstansiyaların quraşdırılması üzrə işlərin icrası davam etdirilir.
Yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun ümumi sahəsi 20 min kvadratmetr olacaq. Müəssisədə müasir avadanlığın quraşdırılması nəzərə tutulur ki, bu da keyfiyyətli və rəqabətə davamlı məhsul əldə etməyə imkan verəcək. Yeni yaradılacaq müəssisənin istehsal gücü illik 3,4 min müxtəlif avadanlıq, o cümlədən daxili və xarici tip eleqaz açarlar, ayırıcılar, paylayıcı qurğular olacaq. Şirkətin zavodlarında orta aylıq əməkhaqqı 500 manat olmaqla 2024 nəfər işlə təmin edilib. Yeni zavodun istifadəyə verilməsindən sonra bu rəqəmin 2500-ə çatdırılması nəzərdə tutulur.

Keçidlər