Şriftin ölçüsü :

Saytın rəngi :

Zığ qəsəbəsində 5 mərtəbəli yaşayış evində bərpa-gücləndirmə işləri aparılır

29 avqust 2017 | 16:00

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Suraxanı RİH-in nümayəndələrindən ibarət komissiya tərəfindən 06 iyun 2016-cı il tarixdə Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayış binalarına və onların yerləşdikləri əraziyə keçirilmiş baxış zamanı sürüşmə, uçqun və çökmə proseslərinə məruz qalmış ərazidə yerləşən Zığ yolu küçəsi 43 saylı yaşayış binasının  istismarının insanların həyatı üçün təhlükəli olduğu müəyyən edilmişdir.
Azərbaycan Respublikası Nazirlər kabinetinin 17/294-12/31 №-li 24.01.2017-ci il tarixli dərkənarı ilə verilmiş tapşırığa uyğun olaraq Zığ qəsəbəsi, Zığ yolu küçəsi 43 ünvandakı 5 mərtəbəli yaşayış evinin 5, 6, 7 və 8-ci girişlərindəki mənzillərdə yaşayan 50 ailə (162 nəfər) 24.01.2017-ci il tarixdən Rayon İcra Hakimiyyəti tərəfindən digər ünvanlara köçürülmüş, qeyd olunan girişlərdəki mənzillərin elektrik, su, istilik və qaz təchizatı dayandırılmış, telefon rabitəsi kəsilmiş, həmin girişlərin ətrafı çəpərlənmişdir. Hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin hazırladığı layihə əsasında “Bakıenerjitikinti” Açıq Səhmdar Cəmiyyəti tərəfindən binanın 5 və 6-cı girişlərində bərpa-gücləndirmə işləri aparılır.
Binanın digər girişlərində də mərtəbələrin örtük tavalarında, yükdaşıyan divarlarında, arakəsmələrdə aralanmaların və çatların müşahidə olunduğunu nəzərə alaraq binanın 1, 2, 3 və 4-cü girişlərinə təkrar baxış keçirilməsinə və müvafiq rəylərin hazırlanmasına köməklik göstərilməsi üçün RİH-in məktubu ilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edilmişdir.

Keçidlər