Dənizdə batma təhlükəsi ilə üzləşən daha bir nəfər xilas edilib
27 avqust 2017 | 16:00
Bakı, 27 avqust, AZƏRTAC
FHN-in xilasediciləri dənizdə batma təhlükəsi ilə üzləşən daha bir nəfər xilas edib.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Suraxanı rayonunda dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən xilas olunub.