Hövsan qəsəbəsində yaşayış binalarında əsaslı təmir işləri davam etdirilir və məhəllələr abadlaşdırılır
Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində 15B, 15V, 17A, 18A, 20A, 20B saylı çoxmənzilli yaşayış binalarında əsaslı təmir işləri davam etdirilir və binaları əhatə edən məhəllələr abadlaşdırılır.
“2017-ci ildə Suraxanı rayonunda həyata keçirilməsi nəzərdə tutulmuş yerli Proqramların iş qrafiki”nə uyğun olaraq “Nümunəvi abad məhəllələrin salınması” proqramına uyğun olaraq 2017-ci ildə Rayon İcra Hakimiyyətinin və Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin birgə fəaliyyəti nəticəsində rayonda yeni 17 “Nümunəvi abad məhəllə” salınmırdır.
Binaların həyətində yeni səki daşları qoyulmaqla səkilər yenilənmiş, həyətlərin asfalt örtüyü əsaslı təmir olunmaqla ərazisi genişləndirilmişdir. Həyətlərə yeni asfalt örtüyü vurulmuş, yağış sularının axıdılması məqsədi ilə barmaqlıqlar qoyulmuş, həyətlərdə kanalizasiya lyukları dəyişdirilmiş, yeni işıq dirəkləri quraşdırılmışdır. Əhalinin mədəni istirahətinin təşkili məqsədi ilə həyətlərdə söhbətgahlar və oturacaqlar quraşdırılmış, gənclərin vaxtlarını səmərəli keçirmələri, həmçinin saglam və gümrah inkişafı üçün müxtəlif növ idman avadanlıqları, uşaqların əylənməsi üçün yelləncəklər, sürüçkənlər quraşdırılmışdır.
Eyni zamanda mövcud “Nümunəvi abad məhəllə”lərdə təmir bərpa işləri aparılmışdır. Binaların fasad hissələri 1-ci mərtəbə səviyyəsində rənglənmiş, binaların girişləri təmir edilmiş, əhalinin və uşaqların istirahəti üçün yeni oturacaqlar, söhbətgahlar, müxtəlif oyun elementləri quraşdırılmış və rənglənmiş, mövcud qurğular bərpa edilərək əvvəlki görkəminə salınmışdır.