Açıq Hökumətin təşviqi ilə bağlı Suraxanıda növbəti tədbir keçirilmişdir
Suraxanı Rayon İcra Hakimiyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Suraxanı Rayon Məşqulluq Mərkəzi ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli 1993 nömrəli sərəncamına əsasən Açıq Hökumətin təşviqi ilə bağlı 2016-2018-ci illərə dair Milli Fəaliyyət Planının icrasına dair dəyirmi masa keçirilmişdir.
Dəyirmi masada Suraxanı Rayon İcra Hakimiyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Elşən Zahirli cıxış edərək Milli Fəaliyyət Planının icrası ilə bağlı Rayon İcra Hakimiyyətində gorülən işlər barədə məlumat vermiş və Suraxanı rayonunda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarzə sahəsində görülmüş işləri tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Tədbirdə çıxış edən Payon Prokurorunun böyuk köməkçisi Fizuli Əliyev və rayon Məşğulluq mərkəsinin müdiri Sənan Məmmədzadə Milli Fəaliyyət Planının icrası ilə bağlı görülmuş işlər, həyata keçirilən tədbirlər barədə məlumat vermişlər.