“Narkomaniya gəncliyin bəlasıdır” mövzusunda tədbir keçirilmişdir
Suraxanı Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu ilə birlikdə tədbirləri davam etdirir. Növbəti tədbir Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində keçirilmişdir. Qəsəbə ziyalılarının, gənclərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə 104 saylı tam orta məktəbin akt zalında “Narkomaniya gəncliyin bəlasıdır” mövzusunda maarifləndirici tədbir təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov qeyd etdi ki, bu gün bəşəriyyəti narahat edən məsələlərdən biri də narkomaniyadır. Artıq “ağ ölüm” kimi az qala bütün dünyanı ağuşuna alan bu sosial bəla hər il çoxlu sayda insanın ölümünə səbəb olur. Təəssüf ki, bu dünyanın bir üzvü kimi Azərbaycan da narkomaniyanın acı nəticələrindən böyük ziyan çəkir. Azərbaycan hökuməti ümumbəşəri problemə çevrilən narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər görür, ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir. Bu bəla ilə mübarizə etmək o qədər də asan deyil. Narkomaniya əsasən gənclik dövründə başlanır və bir çox hallarda elə gənclik dövründə də narkotik aludəçisinin ölümü ilə nəticələnir. Buna görə də elə məktəb dövründən profilaktik tədbirlərə başlanmalıdır. Gənclər arasında narkomanlığın yayılmasının səbəbləri savadsızlıq, işsizlik, işsizlikdən doğan asudə vaxtların bolluğu, narkotik satıcılarının himayə edilməsi, narkotik biznesidir.
Statistika göstərir ki, bütün dünyada narkomaniya bəlasına düçar olanların sayı hər il durmadan artır. Təcrübə göstərir ki, müasir tibbi preparatların köməyi ilə bu xəstəlikdən asanlıqla qurtulmaq mümkündür. Lakin narkomaniya yalnız fiziki deyil, həm də psixoloji asılılıqdır. Narkotik vasitələr insanın iradəsini məhv etdiyindən, heç də hamı bu asılılıqdan yaxa qurtara bilmir.
Narkotik maddə alverçiləri uşaqların çox olduğu yerlərdə olur, onlara həmin məhsulları təkilif edirlər. Pul qazanmaq naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar.
Tədbirdə çıxış edən Qazanılmış immuno çatışmazlığı sindromu ilə (QİÇS) Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova, Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun İnformasiya təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı qeyd etdilər ki, bu gün narkomaniya ilə bağlı mövcud olan problemlər daim nəzarətdə, ictimaiyyətin diqqətində saxlamaq üçün BMT-nin təşəbbüsü ilə 1987-ci ildən etibarən 26 iyun Beynəlxalq Narkomaniya ilə Mübarizə Günü təsis edilmiş və hər il qeyd olunur.
Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə istiqamətində dunyanın bir cox olkəsində qeyri-hokumət təşkilatları minlərlə proqramlar təşkil edir, qəzetlərdə hər gün onlarca məqalələr, xəbərlər yayımlanır və minlərlə internet saytı mövcud narkomaniyadan asılı olmağın fəlakətini izah edən məlumatlar yayır. Lakin bu qədər fəaliyyətə baxmayaraq narkomaniyanın yaşı get-gedə daha da cavanlaşır və hər gun yuzlərlə gənc bu səbəbdən həyatını itirir.
Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlət başçısının, hüquq mühafizə orqanlarının daim diqqət mərkəzindədir.
Narkomanlığa qarşı mübarizədə səmərəliliyə nail olmaq üçün aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə yaradılmış Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və olkə rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət proqramı (2013-2018-ci illər)”nın təsdiq edilməsi haqqında imzaladığı sərancam ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin təşkilinə xüsusi təkan vermişdir.
Tədbirdə çıxış edən Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov qeyd etdi ki, “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət proqramı (2013-2018-ci illər)”nın icrası ilə əlaqədar Suraxanı rayonunda əlaqədar dövlət orqanları və qeyri-hokumət təşkilatları ilə birlikdə silsilə tədbirlərin keçirilir. Keçirilən görüş və dəyirmi masalarda polis və prokurorluq orqanlarının əməkdaşları yaxından iştirak edirlər. Rayonun ümumtəhsil məktəblərində şagirdlərin, müəllimlərin, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə birgə görüşlər keçirilir, “Dəyirmi masa”lar təşkil olunur, narkomaniya və onun törətdiyi bəlalar barədə fikir mübadiləsi aparılır. Təlim-tərbiyə müəssisələrində tərbiyə işlərini təkmilləşdirmək, şagirdlərin milli mənəvi dəyərlər əsasında formalaşdırmaq, onlarda sağlam həyat tərzi aşılamaq məqsədi ilə vaxtaşırı müxt