Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Vaqif Abbasovun Suraxanı məktəbləri ilə görüşü olub

22 iyun 2017 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyəti və AMEA-nın Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutu əldə etdiyi razılığa əsasən rayon məktəblilərinin 10-cu sinifə keçən və gələcəkdə I qrup ixtisaslarını seçən 15 nəfər şagird 2017-ci ilin sentyabrın 15-dən 2 il müddətində institutun alimləri tərəfindən kimya fənnindən təmənnasız olaraq hazırlaşdırılacaq.
2017-ci ilin iyunun 22-də həmin şagirdləri və Rayon İcra Kakimiyyətinin nümayəndələri akademik Vaqif Abbasov ilə görüşüblər. Görüşdə akademik Vaqif Abbasov şagirdlərə məsləhətlər verib, onları maraqlandıran sualları cavablandırıb. Akademik Vaqif Abbasov öz yeni kitabını şagirdlərə hədiyyə edib.
Şagirdlər akademik Y.H.Məmmədəliyevin institutda fəaliyyət göstərən momerial muzeyi ilə tanış olublar.
Qərara alınıb ki, uşaqların hazırlığı Suraxanı rayonundakı Heydər Əliyev mərkəzində təşkil olunsun..

Keçidlər