Suraxanıda “Dövlət Qulluqçuları Günü” qeyd edildi
Suraxanı rayonunda “23 iyun-Dövlət Qulluqçularının peşə payramı günü” qeyd edilmişdir. Tədbirdə Suraxanı rayonunda çalışan dövlət qulluqçuları iştirak etmişdir.
Suraxanı rayonunda çalışan dövlət qulluqçuları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər. Tədbir Suraxanı Rayon İcra Hakimiyyətinin konfrans zalında keçirildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, artıq 11-ci ildir dövlət qulluqçuları öz peşə bayramlarını qeyd edirlər. 2000-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin imzaladığı “Dövlət qulluğu haqqında” Qanun əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilmiş həmin peşə bayramı bu mühüm sahədə çalışan şəxslərə hər il böyük sevinc bəxş etməklə yanaşı, həm də dövlət qulluqçularının bütün xalq qarşısında mənəvi hesabatına çevrilmişdir. Müstəqillik yolunda uğurla irəliləyən Azərbaycanın bugünkü qələbələrinin siyasi və iqtisadi əsaslarını yaratmış Ulu Öndər Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti xalqa fədakarcasına xidmət nümunəsi olmuş və daim nümunə olaraq qalacaqdır. Heydər Əliyevin bütün insani keyfiyyətləri etalon sayıldığı kimi, idarəçilik sahəsində fəaliyyəti də dövlət qulluqçusunu səciyyələndirən ən yüksək meyardır.
Rayon rəhbəri qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələri və dövlət qulluqçusu üçün olduqca zəruri olan keyfiyyətləri Ulu Öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün yaşadılır və böyük bacarıqla davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizdə dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür.
“Biz xalq üçün çalışırıq, xalq üçün yaşayırıq və işləyirik” prinsipini əsas fəaliyyət kredosu kimi qəbul edən, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu öz praktiki işləri ilə sübut edən cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizinson illərdə qazandığı nailiyyətlər bütün dünyanı heyrətə gətirir.
Hər birimizin qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq və əlindən gələni əsirgəməmək hər bir dövlət qulluqçusunun müqəddəs borcudur.
Rayon rəhbəri vurğulamışdır ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi fəaliyyət hər birimiz üçün nümunədir..
Dərindən düşünülmüş və elmi cəhətdən əsaslandırılmış proqramların hazırlanması və icrasına başlanması, Azərbaycanın yüksək iqtisadi sıçrayışına və stabil inkişafına etibarlı zəmin yaradan nəhəng quruculuq işləri hər bir Azərbaycan vətəndaşında qürur doğurur. Bu gün ölkədə böyük layihələr həyata keçirilir, böyük işlər görülür. Azərbaycan Respublikası Prezidentinin mövqeyi hər bir dövlət qulluqçusu üçün örnək olmalı və onun irəli sürdüyü vəzifələr qeyd-şərtsiz yerinə yetirilməlidir.
Sonda İlqar Abbasov qeyd etdi ki, Rayon İcra Hakimiyyəti başçsının birinci müavini Rəşad Hacıyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova, Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayonşöbəsinin müdiri Şahalı Cəbiyev, Dövlət Xəzinədarlıq Agentliyinin 11 saylı Xəzinədarlıq İdarəsinin rəisi Mirzə Mirzəyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov və digər çıxış edənlər vurğulamışlar ki, Suraxanı rayonunda çalışan dövlət qulluqçuları təmsil etdikləri dövlət orqanının etimadını, öz şərəf və ləyaqətlərini, ən başlıcası, hər bir vətəndaşın onlara bəslədikləri ümidləri tam doğruldacaqlar.
Tədbirdə dövlət qulluğuna yeni qəbul olunmuş əməkdaşlar təntənəli and içdilər, dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə rayonun bir qrup dövlət qulluqçusuna Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları təqdim edildi.