Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda növbəti parkın və “Veteranlar guşəsi”nin açılışı olmuşdur

15 iyun 2017 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Hövsan qəsəbəsində yeni salınmış parkda sakinlərlə növbəti səyyar görüşü olmuşdur.
Sakinlərlə keçirilən növbəti görüşə gələn rayon rəhbəri sakinləri “15 iyun – Milli Qurtuluş günü” münasibəti ilə təbrik edərək məlumat vermişdir ki, “15 iyun – Milli Qurtuluş günü”nün 24-cü ildönümünün yüksək səviyyədə qeyd edilməsi məqsədi ilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq rayonda silsilə tədbirlər keçirilir. Rayonun qəsəbələrində, idarə, müəssisə və təşkilatların ərazilərində abadlıq, yenidənqurma  və təmizlik işlərinin aparılması məqsədi ilə iməciliklər keçirilir. Rayonun bütün park, bağ və xiyabanlarında yaşıllaşdırma işləri, abadlaşdırma işləri görülür.
Son aylar ərzində Rayon İcra Hakimiyyətinin və Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin birgə fəaliyyəti nəticəsində rayonda yeni 14 “Nümunəvi abad məhəllə” salınmırdır. Binaların həyətində yeni səki daşları qoyulmaqla səkilər yenilənmiş, həyətlərin asfalt örtüyü əsaslı təmir olunmaqla ərazisi genişləndirilmişdir. Həyətlərə yeni asfalt örtüyü vurulmuş, yağış sularının axıdılması məqsədi ilə barmaqlıqlar qoyulmuş, həyətlərdə kanalizasiya lyukları dəyişdirilmiş, yeni işıq dirəkləri quraşdırılmışdır. Əhalinin mədəni istirahətinin təşkili məqsədi ilə həyətlərdə söhbətgahlar və oturacaqlar quraşdırılmış, gənclərin vaxtlarını səmərəli keçirmələri, həmçinin saglam və gümrah inkişafı üçün müxtəlif növ idman avadanlıqları, uşaqların əylənməsi üçün yelləncəklər, sürüçkənlər quraşdırılmışdır.
Eyni zamanda mövcud “Nümunəvi abad məhəllə”lərdə  təmir bərpa işləri aparılmışdır. Əhalinin və uşaqların istirahəti üçün yeni oturacaqlar, söhbətgahlar, müxtəlif oyun elementləri quraşdırılmış və rənglənmiş, mövcud qurğular bərpa edilərək əvvəlki görkəminə salınmışdır.
İlqar Abbasov bildirmişdir ki, bu gün  Hövsan qəsəbəsində ərazisi 1 hektara yaxın olan  daha bir istirahət parkı sakinlərin istifadəsinə verilir. Yeni parkda əhalinin və uşaqların istirahəti üçün hər cür şərait yaradılmış, yeni oturacaqlar, söhbətgahlar, müxtəlif oyun elementləri quraşdırılmışdır.
Daha sonra rayon rəhbəri qəsəbədə yeni inşa edilmiş “Veteranlar guşəsi”ndə olmuş, veteranlarla görüşmüşdür.  Rayon rəhbəri veteranları “15 iyun – Milli Qurtuluş günü” münasibəti ilə təbrik edərək vürğulamışdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasət sosial yönümlüdür və mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır. Veteranlara dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir. Artıq neçə illərdir ki, əhalinin imkansız təbəqələrinə ünvanlı sosial yardımlar verilir. Bu da minlərlə ailənin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub. Azərbaycan iqtisadiyyatının davamlı şəkildə sürətli inkişafı cəmiyyətin başlıca sosial problemlərindən olan yoxsulluğun səviyyəsinin də azaldılması üçün geniş imkanlar açıb. Əhalinin sosial durumunun yüksəlməsi həm də ölkədə sabitliyə və davamlı inkişafa təminatdır. Azərbaycanda həyata keçirilən dövlət proqramlarının nəticəsi olaraq əhalinin məşğulluğu təmin edilir. Suraxanı rayonunda da yeni daimi iş yerlərinin açılması istiqamətində işlər uğurla davam etdirilir. Son 13 il ərzində rayonda 28334 yeni daimi iş yeri açılmışdır.
İlqar Abbasob vurğulamışdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məşğulluğun təmin edilməsi ilə bağlı qəbul etdiyi Proqrama uyğun olaraq 2017-ci ildə mənzil fonduna daxil olan çoxmənzilli yaşayış binalarının əsası təmiri məqsədilə Suraxanı rayonunda 241 nəfər işə qəbul edilərək onlarla əmək müqaviləsi bağlanmış və Hövsan qəsəbəsində Elman Qasımov küçəsi, İlqar Əhlimanov küçəsi 14, 15b, 15v, 17a, 18a, 20a, 20b saylı çoxmənzilli yaşayış binalarının əsaslı təmirinə başlanılmışdır.
İlqar Abbasov eyni zamanda sakinlərin diqqətinə çatdırmışdır ki, son bir ildə rayonun küçələrinə və məhəllədaxili ərazilərə 594,0 min kv.m. asfalt örtüyü salınmış, rayonun mənzil-kommunal birlikləri tərəfindən binaların 22,9 min kv.m. dam örtüyü  şüşəli ruberoidlə və metal kirəmit ilə  təmir edilmiş, 133 ədəd giriş qapısı, 689 ədəd pəncərə təmir edilmiş, 316 p.m. tüstü bacası təmizlənmiş, 3790 metr çirkab su xətti, 1068 metr içməli su xətti təmir olunmuş, binalarda yağış sularının axıdılması üçün 333 p.m. xətt təmir edilmiş, 166 ədəd müxtəlif tutumlu yeni məişət tullantıları konteynerləri quraşdırılmışdır.
Görüşdə rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə rayon sakinləri ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər