Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Xocalı faciəsinin 21-ci ildönümü geniş qeyd edilmişdir

26 fevral 2013 | 16:00
“Xocalı soyqırımının 21-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər pıanının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 04 fevral 2013-cü il tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə Suraxanı rayonunda silsilə tədbirlər keçirilmişdir.Tədbirlərin davamı olaraq 25 fevral 2013-cü il tarixdə rayonun 318 nömrəli tam orta məktəbində Xocalı faciəsinə həsr olunmuş ümumrayon tədbiri keçirmişlər. Tədbirdə iştirak edən rayon rəhbərliyi, rayondan Milli Məclisə seçilmiş deputatlar, ictimaiyyətin nümayəndələri, rayonda məskunlaşan Xocalılar bir dəqiqəlik sükutla Xocalı faciəsinin qurbanlarının əziz xatirəsini yad etdilər. 318 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyaya baxdılar. Sonra tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçsı İlqar Abbasov öz çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı. İlqar Abbasov qeyd etdi ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsıdir. Dağlıq Qarabağdan 50 min azərbaycanlı soyqırımı və təcavüzə məruz qalmış, didərgin salınmış, eləcə də 250 min azərbaycanlı tarixən yaşadığı torpaqlardan zorakılıqla deportasiya edilmişdir. Rayon rəhbəri eyni zamanda qeyd etmişdir ki, son 21 ildə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır. Bir müddət əvvəl Ağ evin rəsmi internet saytında Xocalı faciəsinin tanıdılması məqsədilə bəzi qeyri-hökumət təşkilatlarının başladıqları petisiyanın uğurla yekunlaşması bu baxımdan xüsusi qeyd olunmalıdır. Qısa müddətdə 100 mindən çox azərbaycanlı bu aksiyada iştirak edərək Xocalı faciəsinə ABŞ Administrasiyasızının adekvat qiymət verməsinə hüquqi zəmin hazırlamışdır. İlqar Abbasov xüsusi vurğuladı ki, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, bunun üçün müxtəlif tədbirlərin keçirilməsi Heydər Əliyev Fondunun fəaliyyətində əsas yerlərdən birini tutan ümumi məqsəddir. Fond bir neçə ildir ki, bütün imkanlarından istifadə edərək Xocalı soyqırımının dünyada təbliği yönündə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirməkdədir. Məhz bu cür ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, dünya ictimaiyyəti getdikcə Xocalı soyqırımı haqqında daha çox məlumatlar toplayır, əsl həqiqətlərin nədən ibarət olduğunu daha dərindən anlayır. Tədbirdə Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Fərəc Quliyev, Xocalı faciəsinin canlı şahidləri erməni şovinist-miilətçiləri tərəfindən Xocalılara qarşı həyata keçirilən soyqırımı haqqında danışdılar. Sonra tədbir Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Oriqami” Reabilitasiya Mərkəzində davam etdirildi. Burada sağlam uşaqlarla yanaşı xüsusi qayğıya ehtiyacı olan uşaqların hazırladığı “Xocalı harayı” adlı müsabiqə-sərgiyə baxış oldu.
Keçidlər