“1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” Suraxanıda təntənəli qeyd edildi
“1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonunun təhsil və məktəbəqədər tərbiyə müəssisələrində silsilə tədbirlər keçirimişdlir.
31 may tarixdə “Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2 saylı Uşaq Evində olmuş və uşaqları əlamətdar gün münasibətilə təbrik edərək, onların cəmiyyətə fəal inteqrasiyası üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib. O, ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələrini, dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğını xüsusi vurğulayaraq, respublikamızın sürətli iqtisadi inkişafının onların sosial problemlərinin həlli üçün etibarlı zəmin yaratdığını diqqətə çatdırıb. Eyni zamanda, ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunmasının, onların əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılmasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən biri olduğunu xatırladıb.
İlqar Abbasov xüsusi vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tez-tez uşaq evləri və internat məktəblərində, o cümlədən, 2 saylı uşaq evində olur, onların gündəlik qayğıları, təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının təşkili ilə maraqlanır və dəstək olurlar. Onlar uşaq evlərində məskunlaşan balacalara əsl ana qayğısı göstərirlər.
1 iyun tarixdə isə Suraxanı rayonu Heydər Əliyev parkında çoxsaylı uşaqların iştirak etdiyi möhtəşəm bayram tədbiri keçirilmişdir.
Xüsusi tərtibatla bəzədilmiş parkda bayram əhval-ruhiyyəsi hökm sürürdü. Tədbirdə aztəminatlı ailələrdən olan uşaqlar, valideyn himayəsindən məhrum olan uşaqlar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, məcburi köçkün ailələrindən olan uşaqlar, eyni zamanda rayon ərazisində yerləşən uşaq bağçalarında tərbiyə alan uşaqlar və məktəblilər iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev musiqili fəvvarələr quraşdırılmış meydana bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq onları “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə təbrik etdi və bildirdi ki, ölkəmizdə uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin Azərbaycanda “Uşaq ili” elan edilməsi yeni nəslə sonsuz qayğının unudulmaz nümunəsi kimi tarixə düşmüşdür. Ölkəmizdə istedadlı uşaqların üzə çıxarılması istiqamətində mühüm layihələr uğurla həyata keçirilir. Heydər Əliyev Fondunun bu istiqamətdə fəaliyyəti uşaqlara yüksək qayğı nümunəsidir.
Sonra Səttar Bəhlulzadə adına mədəniyyət sarayının bədii kollektivinın və 114 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı bədii-əyləncəli proqram uşaqlara təqdim olundu.
Uşaqlar bayram münasibəti ilə təşkil olunmuş şən startlarda 6 idman növü üzrə mübarizə aparan komandaların yarışını izlədilər, Heydər Əliyev Mərkəzinin Rəsm studiyasında məşğul olan məktəblilərin asfalt üzərində təbaşirlə çəkdikləri rəsmlərə həvəslə baxdılar. Münsiflərin müəyyənləşdirdiyi qaliblər mükafatlandırıldılar.
Bayramı uşaqlar böyük sevinclə qeyd etdilər.