Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıdakı 2 saylı uşaq evində bayram tədbiri keçirilib

31 may 2017 | 16:00

Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
Bayram tədbirini giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov  uşaqları əlamətdar gün münasibətilə təbrik edərək, onların cəmiyyətə fəal inteqrasiyası üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib. O, ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələrini, dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğını xüsusi vurğulayaraq, respublikamızın sürətli iqtisadi inkişafının onların sosial problemlərinin həlli üçün etibarlı zəmin yaratdığını diqqətə çatdırıb. Eyni zamanda, ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunmasının, onların əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılmasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən biri olduğunu xatırladıb.
İlqar Abbasov xüsusi vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban xanım Əliyeva,   Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tez-tez uşaq evləri və internat məktəblərində, o cümlədən, 2 saylı uşaq evində olur, onların gündəlik qayğıları, təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının təşkili ilə maraqlanır və dəstək olurlar. Onlar  uşaq evlərində məskunlaşan balacalara əsl ana qayğısı göstərirlər.
Mərasimin sonunda 2 saylı uşaq evinin balacaları maraqlı konsert  proqramı ilə çıxış ediblər.

Keçidlər