Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda növbəti səyyar görüş keçirilmişdir

30 may 2017 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sakinlərlə növbəti səyyar görüşü olmuşdur.
Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə mütəmadi səyyar görüşləri keçirilir, onların təklif və rəyləri dinlənilir, qarşılaşdıqları problemlərin qısa zamanda aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Cari il ərzində 19 səyyar görüş-qəbul keçirilmişdir. 
Növbəti səyyar görüş Bülbülə qəsəbəsində yeni salınmış Şəhidlər xiyabanında  keçirilmişdir. Məlumat üçün bildirək ki, Suraxanı rayonunda həyata keçirilən yerli proqramlardan biri də “Şəhid xatirə komplekslərinin əsaslı təmiri və yenilərinin tikintisi” adlanır. Həmin proqrama əsasən ötən dövrdə 19 ünvanda 63 şəhidin xatirəsini ədəbiləşdirən xatirə kompleksləri əsaslı təmir olunmuş və yeniləri tikilmişdir.
Şəhidlər xiyabanında aparılmış abadlıq işləri ilə tanışlıqdan sonra sakinlərlə görüşən rayon rəhbəri bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün milli intibahının şərəfli mərhələsini yaşayır. Dinamik inkişaf edən ölkəmizin hərtərəfli yeniləşməsinə xidmət edən əzəmətli layihələr uğurla həyata keçirilir. Sürətlə inkişaf edən Azərbaycan artıq dünyada  beynəlxalq tədbirlərin keçirildiyi əsas mərkəzlərdən biri kimi tanınır. Azərbaycan həm də Olimpiya hərəkatının geniş vüsət aldığı idman ölkəsidir. Son illərdə ölkəmizdə idmanın əksər növləri üzrə dünya və Avropa çempionatları, “Bakı-2015” I Avropa Oyunları keçirilib. 2017-ci il may ayının 12-22 tarixlərində isə Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - “Bakı-2017” IV İslam Həmrəyliyi Oynlarına yüksək səviyyədə evsahibliyi edib. On gün ərzində İslam dünyasının idman nəbzi Bakıda döyündü. “Bakı-2017”də iştirak edən ölkələr arasında Azərbaycan 75 qızıl medalla birinci oldu. İdman arenalarında Azərbaycanın dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağı 162 dəfə qaldırıldı.
Yarışların gedişi bir daha təsdiqlədi ki, Təşkilat Komitəsinin sədri, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ideyalarının ölkəmizdə gerçəkləşməsində möhtərəm Prezidentimiz cənab  İlham Əliyevlə birgə fəal iştirak edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Oyunlara yüksək səviyyədə hazırlıq görülüb.
İlqar Abbasov görüşdə sakinlərin diqqətinə çatdırmışdır ki, qəbul edilmiş müxtəlif dövlət proqramlarının Suraxanı rayonunda uğurlu icrası  nəticəsində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlər əldə edilmiş, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, yeni məktəb, uşaq bağçası, poliklinikaların tikintisi, mövcud olanların əsaslı təmiri və müasir avadanlıqla təzhizatı sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələri həyata keçirilmişdir.
Əhalinin məşğulluğunun artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında məşğulluq orqanlarının göndərişləri əsasında 300 nəfər işaxtaran şəxslə MKTB arasında əmək müqaviləsi bağlanmış və onlar rayonun park və bağlarında, mərkəzi yolların kənarında, həmçinin qəsəbələrin ərazisində aparılan abadlıq, yaşıllaşdırma və təmizlik işlərinə cəlb olunmuşlar. Bundan başqa mənzil fonduna daxil olan çoxmənzilli yaşayış binalarının əsası təmiri məqsədilə 241 nəfər işə qəbul edilmışdır.
Səyyar görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.
Rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə sakinlər ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər