Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda əhalinin 87,24%-i tibbi müayinədən keçib

17 may 2017 | 16:00

                          
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsi əsasında ölkəmizdə 15 fevral – 15 may tarixləridə həyata keçirilən əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda da uğurla yekunlaşıb.
Əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün hələ fevral ayında rayonda bütün zəruri tədbirlər görülmüşdü. Bu məqsədlə Rayon İcra Hakimiyyətində komissiya yaradılmış, rayon ərazisində yerləşən müəssisə və idarələrin tibbi müayınədən keçmə qrafiki tərtib olunmuşdu.
Rayon əhalisinin tibbi müayinəsi (dispanserizasiyası)  4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada aparılmışdır. Əhalin tibbi müayinəsini mütəşəkkil təşkil etmək məqsədi ilə müayinə aparılan dövrdə  Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyininəməkdaşları əhali arasında planlı formada maarifləndirici tədbirlər aparmışdır. Görülən işlərin nəticəsidir ki, rayon əhalisinin tibbi müayinəsi (dispanserizasiyası) uğurla başa çatmış,  vətəndaşlar yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində tibbi müayinədən keçmişdir. Tibbi müayinə dövründə səhiyyə müəssisələrində işləyən həkimlərdən ibarət yaradılmış səyyar briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmişlər.
Suraxanı rayonunda  153 min 068 nəfər vətəndaş və 138 kollektiv tibbi müayinədən keçib. Bu da tibbi müayinədən keçməsi nəzərdə tutulanların 87,24%-ni təşkil edir.
Tibbi müayinədən keçən vətəndaşların 6826 nəfəri rentgen, 17880 nəfəri laboratoriya müayinəsindən, 5605 nəfəri USM aparatından və 3166 nəfəri EKQ müayinəsindən keçib. Tibbi müayinədən keçən 4081 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 137 nəfər stasionar müalicəyə cəlb edilib,  333 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilib.
Aparılan araşdırmalar deməyə əsas verir ki, tibbi müayinədən rayon əhalisi çox razı qalmışdır. Sakinlər qeyd etmişdir ki, bu tədbirin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan vətəndaşlarına göstərdiyi diqqət və qayğının nəticəsidir.
Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Keçidlər