Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda 18 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə güzəştli kredit verilmişdir

24 fevral 2013 | 16:00
22 fevral 2013-cü il tarixdə “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda Suraxanı rayonu Qaraçuxur qəsəbəsi “ATEF Şirkətlər Grupu” MMC-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təçkilatçılığı ilə növbəti 5-ci tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi rayonda fəaliyyət göstərən sahibkarlara sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə verilən güzəştli kreditlərin alınmasının əsas şərtlərinə dair məlumatın verilməsi və tədbirin sonunda bir qrup sahibkara güzəştli kreditlərin verilməsi idi. Əvvəlcə dəvət edilən sahibkarlar və qonaqlar İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə dövlətin güzəştli krediti ayrılmış Suraxanı rayonu, Qaraçuxur və Hövsan qəsəbələrində "ATEF Şirkətlər Qrupu" MMC-yə məxsus illik istehsal gücü 3440 ədəd transformator olan və müxtəlif növ elektrotexniki avadanlıqlar istehsal edəcək zavodunda tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir. Fond tərəfindən bu layihənin maliyyələşdirilməsinə 5 milyon manat kredit verilmişdir. Sonra tədbirin iştirakçıları zavodun sexində Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinə həsr olunmuş filmə baxdırlar. Tədbirdə Suraxanı rayonunda fəaliyyət göstərən sahibkarlar, rayonun idarə və müəssisələrinin nümayəndələri iştirak etmişlər. 120 nəfər sahibkarın qatıldığı tədbirdə Fondun, RİH-in və müvəkkil bankların məsul işçiləri iştirak etmiş, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov çıxış etmişlər. Sonra Sahibkarlığa Kömək Milli Fondunun məsul işçiləri güzəştli kreditlərin verilməsi mexanizminə, investisiya layihələrinin hazırlanmasına və təqdim olunmasına, güzəştli kreditlərin təyinatı üzrə istifadəsinin monitoringinə dair treninq keçirmişlər. Fond tərəfindən rayonda prioritet hesab olunan müasir çörək zavodunun, quş kəsimi müəssisəsinin və zeytunçuluq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir. Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 18 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 872 min manat güzəştli kredit verilmişdir. Tədbirin sonunda çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Ölkə başçısı möhtərəm Prezident cənab İlham Əliyevə regionların, o cümlədən Suraxanı rayonunun hərtərəfli inkişafına, sahibkarlara göstərilən diqqət və qayğıya görə tədbir iştirakçıları adından minnətdarlığını bildirmişdir.
Keçidlər