Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində növbəti açıq dərs keçirilmişdir

27 aprel 2017 | 16:00

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Elektron lektoriya zalında Rayon İcra Hakimiyyətinin və Mərkəzin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda növbəti açıq dərs keçirilmişdir.
Açıq dərsdə rayonun 282, 290, 315, 316 və 317 nömrəli tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak etmişdir.
Açıq dərsdə iştirak edən şagirdlər əvvəlcə Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular, Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərinin öyrənilməsi məqsədi ilə Mərkəzin 2-ci mərtəbəsində xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş 3 elektron auditoriyada Mərkəzin sifarişi ilə hazırlanmış “Millət Atası” filmini izlədilər.
Açıq dərs dövlət himninin oxunması ilə başladı. Açıq dərsdə 290 nömrəli tam orta  məktəbin müəllimi Loğman Hüseynov “Heydər Əliyev və təhsil”, 317 nömrəli tam orta  məktəbin müəllimi Elçin Həsənov “Heydər Əliyev və dövlət quruculuğu”, 316 nömrəli tam orta  məktəbin müəllimi Vüsal Babayev “Heydər Əliyevin və Azərbaycan mədəniyyəti”, 315 nömrəli tam orta  məktəbin müəllimi Gülnar Məhərrəmova “Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur”, 282 nömrəli tam orta  məktəbin müəllimi Aynur Əliyeva “Heydər Əliyev və Azərbaycan” mövzularında dərs dedilər.
Açıq dərsdə mövzular xüsusi hazırlanmış animasiya, foto, video materiallarla şagirdlərin diqqətinə çatdırılmışdır.

Keçidlər