Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı raynunda ağacəkmə davam edir

08 aprel 2017 | 16:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai  Birliyinin  təsisçisi  və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika yaşıllaşdırma marafonu”na ilk qoşulanlar sırasında olan Suraxanı rayon İcra Hakimiyyəti rayonun bütün qəsəbələrində ağacəkmənin növbəti mərhələsini böyük ruh yüksəkliyi ilə davam etdirir.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti kütləvi ağacəkmə aksiyası 8  aprel 2017-ci il tarixdə  rayonun Əmircan – Qaraçuxur yolunun ətrafında keçirilmişdir. Yolun kənarlarında müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüşdür.
Ağacəkmə aksiyasında rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri və sakinlər iştirak etmişdir. 300 nəfərin iştirak etdiyi növbəti ağacəkmə aksiyasında 600-dən artıq ağac əkilmişdir.
Getdikcə vüsət alan ağacəkmə aksiyaları nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır, torpaq qatı münbitləşir, insanlar arasında təbiətə qayğı hissi təbliğ edilir.
Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər